No Image
No Image

Bakı ilə Moskva arasında iclas - Hansı məsələlər Rusiya Şurasında gündəmə gətirildi?

Bakı ilə Moskva arasında iclas -  Hansı məsələlər Rusiya Şurasında gündəmə gətirildi?
İyunun 16-da Moskvada Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Şurasının ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyasının 15-ci iclası keçirilib.

Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyindən verilən məlumata görə, komissiyanın iclasına Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının Milli Məclisinin sədrinin birinci müavini Əli Hüseynli və Rusiya Federasiyasının Federal Şurasının sədrinin müavini Qalina Karelova həmsədrlik ediblər.

Tədbirdə Səfir Polad Bülbüloğlu, Azərbaycan Respublikasının Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İntizam, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin üzvü Nizami Səfərov, Hesablayıcı, Mədəniyyət, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin üzvü Mixail Zabelin, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Ağalar Vəliyev, Hesablayıcı, Gənclər və idman, Əmək və sosial siyasət komitələrinin üzvü Sevinc Hüseynova, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hesablayıcı, Gənclər və idman komitələrinin üzvü Elnur Allahverdiyev, Rusiya tərəfindən isə Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin, Elm, təhsil və mədəniyyət komitəsinin sədri Liliya Qumerova, Sosial siyasət komitəsinin sədri İnna Svyatenko, senatorlar Aleksandr Başkin, Sergey Arenin, Dövlət Dumasının deputatları Zaur Qekkiyev, Hacımurad Ömərov, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev və digər rəsmi şəxslər iştirak ediblər.

İclasda ikitərəfli parlamentlərarası əlaqələrin hazırki vəziyyəti ilə bağlı məmnunluq ifadə olunub, onun gələcək inkişafı və genişləndirilməsi istiqamətində müxtəlif məsələlər müzakirə edilib. Bununla yanaşı, ölkələrimizin bir çox beynəlxalq parlament təşkilatları, o cümlədən MDB, AŞPA, ATƏT PA və s. çərçivəsində mövcud olan sıx əməkdaşlığı qeyd olunub.

Rusiya və Azərbaycan prezidentlərinin arasında olan inam və etimad, iki ölkənin parlament münasibətlərinin ildən-ilə genişlənməsi, Rusiyanın aparıcı xarici ticarət tərəfdaşlarımızdan biri olması həm Rusiya, həm də Azərbaycan deputatlarının çıxışlarında xüsusilə vurğulanıb.

10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Bəyanatlarının əhəmiyyətini, İkinci Qarabağ müharibəsində şanlı qələbənin ölkə başçısı İlham Əliyevin güclü qətiyyəti və müdrik rəhbərliyi, eləcə də Azərbaycan ordusunun şücaəti və igidliyi nəticəsində əldə edildiyini qeyd edən Azərbaycan nümayəndə heyəti sözügedən bəyanatların imzalanmasında Rusiya Prezidenti Vladimir Putinin müstəsna rolunu önə çəkib.

Bundan əlavə, görüş zamanı ölkəmizdə rus dilinin geniş şəkildə tədris olunmasına və bu məsələdə ölkə rəhbərliyinin verdiyi dəstəyə görə Azərbaycan tərəfinə dərin minnətdarlıq ifadə olunub, iki ölkə arasında təhsil sahəsində mövcud olan uğurlu əməkdaşlıqdan bəhs edilib.

Eyni zamanda bəzi rusiyalı deputatların ölkəmizə münasibətdə əsassız və qərəzli mövqe tutması, Rusiya ilə sərhəddə yükdaşımalarla bağlı yaranan çətinliklər, Dağıstan Respublikası ərazisində Azərbaycan dilinin tədrisi və dərsliklərin latın qrafikası ilə dərc edilməsi məsələlərinə dair Azərbaycan tərəfinin narahatlığı qarşı tərəfin diqqətinə çatdırılıb.

İclasın sonunda Azərbaycan Respublikasının Milli Məclisi və Rusiya Federasiyasının Federal Şurasının arasında İş Planı imzalanıb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bu gün Milli Məclisin növbədənkənar sessiyası başlayır

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçiriləcək. Sfera.az-ın xəbərinə görə, toplantıda "Milli Məclisin deputatı Eldəniz Adi...

Danılmaz həqiqətdir ki, peşəkar insan ehtiyatı... - Mehriban Əliyeva

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva "Yüksəliş” müsabiqəsinin qaliblərinə məktub ünvanlayıb. ...

Alimpaşa Məmmədov YAP-dan ÇIXARILDI

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib. Sfera.az-ın məlumata görə, o, YAP-ın Şə...

Əli Əhmədov və bu nazirlərlə bağlı Prezidentdən SƏRƏNCAM

Prezident İlham Əliyev "Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yaradılm...

Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı daha bir AÇIQLAMA

"Daha çox regional əməkdaşlığa ehtiyacımız var. Əfqanıstan, Azərbaycan, Gürcüstan, İran, Pakistan və Türkiyəni birləşdirən üçtərəfli mexanizmləri təşviq edərək,...

Prezident Ermənistana xəbərdarlıq etdi

"Bildirməliyəm ki, delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq...