No Image
No Image

Bakıda iki kitab oğurlayan şəxslər saxlanıldı - VİDEO

Bakıda iki kitab oğurlayan şəxslər saxlanıldı - VİDEO
Səbail rayonunda kitab mağazasından oğurluq edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, paytaxtın Səbail rayonunda yerləşən kitab mağazalarından birindən oğurluq edilib. Mağaza rəhbərliyi polisə məlumat verəndən dərhal sonra hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov saxlanılıblar. Onların mağazadan 2 ədəd kitab oğurlaması obyektin müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

Faktla bağlı saxlanılan şəxslər barəsində araşdırmalar davam etdirilir. E.Süleymanlı və E.Əhmədov qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, bölmə, habelə DİN-in "102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakıda ər əvvəlcə arvadını, sonra özünü bıçaqladı

Bakıda ər əvvəlcə arvadına, sonra isə özünə bıçaqla xəsarət yetirib.   Sfera.az "Report"a istinadən bildirir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb....

Kürdəmir sakini tanışını güllələyib öldürdü

İyulun 30-da Kürdəmir rayonunun Dayıkazımlı kəndində qətl hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə saat 16 radələrində törədilib. Kənd sakini V...

“Baş həkim təcili yardımın açarını gizlədib” iddiasına - Rəsmi cavab

Sosial şəbəkələrdə Mingəçevir Mərkəzi Xəstəxanasına təcili tibbi yardım üçün müraciət edən Vətən müharibəsi qazilərinə yardım göstərilməməsi ilə bağlı məlumat y...

Kürdəmir sakini həmkəndlisini güllələyərək qətlə yetirib

Kürdəmir rayonunda qətl hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə rayonun Dayıkazımlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini Vurğun A...

Deputatın polisi döyməsi ilə bağlı cinayət işi açıldı

İyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən "Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun p...

İtkin düşən taksi sürücüsünün öldürülərək basdırıldığı məlum oldu

Lənkəranda itkin düşdüyü barədə məlumat verilən taksi sürücüsü - Lənkəran sakini, 1963-cü il təvəllüdlü İlham Cavadovun qətlə yetirildiyi məlum olub. Sfer...