No Image
No Image

Rasim Quliyevin həbs səbəbləri - Prokurorluq açıqladı

Rasim Quliyevin həbs səbəbləri - Prokurorluq açıqladı
Ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial və iqtisadi islahatlar nəticəsində inşaat sektorunun inkişafı üçün yaradılmış münbit və əlverişli şəraitdən sui-istifadə və korrupsiya hüquqpozmalarına yol verilməsi hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks tədbirlərin görülməsi davam etdirilir.

Baş Prokurorluqdan Sfera.az-a verilən məlumata görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair "FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Öldürülən sərhədçilərimizin qisası belə alındı – Dağlarda döyüş

Azərbaycan sərhədçilərini qətlə yetirərək qaçan İran vətəndaşı zərərsizləşdirilib. Sfera.az-ın xəbərinə görə, Dövlət Sərhəd Xidmətinin (DSX) iki hər...

Vüqar Səfərlinin mülklərinə HƏBS QOYULDU

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli və "Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrə...

Rasim Quliyevin həbs səbəbləri - Prokurorluq açıqladı

Ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial və iqtisadi islahatlar nəticəsində inşaat sektorunun inkişafı üçün yaradılmış münbit və əlverişli şəraitdən sui-...

Rafael Cəbrayılov HƏBS EDİLDİ

Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətində...

Baş Prokurorluq məlumat yaydı: Rövşən Əkbərov qəsdən adam öldürmədə ittiham edilir

Baş Prokurorluq Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərovun həbsi ilə bağlı geniş açıqlama yayıb. Qurumdan Sfera.az-a daxil olan məlu...

“Kafedə qətl, ürəyə sancılan 4 bıçaq zərbəsi...” – General Əkbərovun sonunu gətirən cinayət işinin detalları

Xəbər verdiyimiz kimi, sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərov həbs edilərək, barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Sfera.a...