COVİD-19-a qarşı vaksinin üçüncü dozası da vurulacaq? – Adil Qeybulladan açıqlama

COVİD-19-a qarşı vaksinin üçüncü dozası da vurulacaq? – Adil Qeybulladan açıqlama
COVİD-19-a qarşı iki dozanın yetərli təsir etməyəcəyini, üçüncü dozaya da ehtiyac olduğu istiqamətində müzakirələr gedir. Mütəxəssislər üçüncü dozanın xüsusilə yeni ştammlara qarşı təsirinin ola biləcəyini bildirirlər.

"Moderna" şirkəti koronavirusun Braziliya və Cənubi Afrika ştammlarına qarşı üçüncü peyvənd dozasının bədəndə dözümlülük yaratdığını bildirib. Tədqiqat iştirakçıları peyvəndin ikinci dozasından səkkiz ay sonra əlavə doza alıblar. 15 gündən sonra analizlər COVID-19-un yeni stammlarına qarşı anticismlərin gücləndirilmiş reaksiyasını göstərib.

Maraqlıdır, Azərbaycanda da vaksinlərin üçüncü dozası vurula bilərmi?

Bununla bağlı Sfera.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd edib ki, vaksinin üçüncü dozasının vurulması ümumi olaraq nəzərdə tutulmayıb:
 
"Amma antikor testlərinin nəticələri buna təsir edə bilər. Bu testlər şəxsin əvvəllər bir infeksiya keçirib keçirmədiyini və virusa qarşı immunitetli olub olmadığını müəyyənləşdirmək məqsədi daşıyır. Yəni, antikor testlərinin nəticələri aşağı olarsa və ya xüsusi situasiyalarda bəlkə də buna getmək mümkündür.
 
Üçüncü dozanı vurdurmağın bir ziyanı da yoxdur. Effektlilik baxımından isə hələlik iki doza yetərli sayılır. Ola bilər, gələcəkdə hansısa zərurət olsun və üçüncü dozaya da ehtiyac yaransın”.

A.Qeybulla həmçinin "bir dəfədən artıq COVİD-19-a yoluxan şəxslərin vaksin vurdurmağa ehtiyacları varmı?” sualını da cavablandırıb: "Həmin şəxslər mütləq antikor testi verməli və əmin olmalıdırlar ki, immunitet formalaşıb. O halda vaksinasiya etdirməmək də olar. Ümumiyyətlə vaksinə ehtiyac olub, olmadığına isə antikor testindən sonra qərar verilməlidir”.

Qeyd edək ki, artıq Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 29 min 778 doza vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 7957, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 21821 nəfər olub.
 
Günay Rəsulqızı
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Həkim "Delta" ştammına yoluxmuş 31 nəfərlə bağlı rəsmi açıqlama tələb etdi: "İnsanları qorxutmayın..."

Daha bir həkim "Delta” ştammı ilə bağlı hansısa narahatlığa əsas olmadığını deyib. Sfera.az bildirir ki, Azərbaycan Həkimləri İctimai Birliyinin sədr m...

“Mövcud peyvəndlərin yeni versiyaları hazırlanmalıdır...” – Yeni ştamma qarşı yeni vaksin?

Xəbər verdiyimiz kimi Azərbaycanda 31 nəfərdə koronavirusun "Delta” variantı aşkar olunub. Eyni zamanda 9 nəfərdə "Alfa” ( Britaniya) ştammı müəyyən edilib. A...

Azərbaycanda koronavirusun "Delta" ştammı AŞKARLANDI

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə açıqlama yayıb. ...

Mütəxəssisdən uşaqlarla bağlı SOS SİQNALI: "Delta" təhlükəsi ilə üz-üzədirlər"

"Uşaqlar "Delta" variantına yoluxma təhlükəsi ilə üz-üzədirlər".   Sfera.az bildirir ki, bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətini...

TƏBİB 16 həkimi işdən çıxardı - SƏBƏB

Əlilliyin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə tibb müəssisələrində araşdırma aparılıb. TƏBİB-dən Sfera.az-a verilən məlumata görə, 2021...

Vaksinasiya növbəsi uşaqlara çatdı? – “İlkin mərhələdə 15 yaşdan 18 yaşadək...”

Xəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə uşaqların koronavirusdan peyvənd olunması zəruriliyini etiraf edib. Bildirilib ki, uşaqlar C...