No Image
No Image

Azərbaycandan uçuşlar üçün COVID-19 pasportu tələb olunacaq

Azərbaycandan uçuşlar üçün COVID-19 pasportu tələb olunacaq
"Azərbaycan Respublikasından yola düşən sərnişinlərin COVID-19-a dair PCR testindən keçirilməsi tələbi təyinat məntəqəsində müəyyən edilmiş qaydalara əsasən aviadaşıyıcı tərəfindən tənzimlənəcək.

Sfera.az-ın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun imzaladığı "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edilməsi barədə” qərarında əksini tapıb.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Əlilliyi olan şəxslərə mühərrikli təkərli oturacaq verilib
Ümumdünya Dialoq və İnkişaf Naminə Mədəni Müxtəliflik Günü münasibətilə beynəlxalq vebinar keçirilib
Qərara əsasən, Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcılar üçün qaydalar dəyişib.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasına uçuşlar icra edən bütün

aviadaşıyıcılar aşağıdakı şərtlərlə sərnişinləri reysə qəbul edirlər:

-əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə münasibətdə:

1. yaşı 18-dən yuxarı sərnişinləri – yalnız COVID-19

pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

2. 1-18 yaş arasında sərnişinləri – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

- Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə – uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ermənilər Kəlbəcərdə ordumuza məxsus “Ural”ı vurub? - RƏSMİ CAVAB

Müdafiə Nazirliyi sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus Ural markalı avtomobilin guya Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri t...

Azərbaycanda koronavirusa yoluxanların sayı 400-ü ötdü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti...

Müdafiə Nazirliyi məlumat yaydı - Kəlbəcərdə atışma davam edir

Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində atışma hazırda da davam edir.  Bu barədə Sfera.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətind...

Vətən Müharibəsi qəhrəmanlarına bu güzəştlər ediləcək - SİYAHI

Nazirlər Kabineti "Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslərlə bağlı qəbul etdiyi qərarın izahını verib. Nazirlər Kabinetinin mətbuat xidmətindən Sfer...

Pensiya və təqaüdlər bu tarixdə TAM ÖDƏNƏCƏK

İyulun 17-də bütün müavinət, təqaüd və kompensasiyaların ödənilməsi nəzərdə tutulub. Bu barədə Sfera.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin t...

Nazirlər Kabineti sosial müəssisələrin standartlarını DƏYİŞDİ

Sosial müəssisələrin standartları dəyişib.   Sfera.az-ın məlumatına görə, Nazir Kabineti bununla bağlı "Sosial müəssisələrin və kvotadan əlavə iş yerl...