No Image
No Image

"Davam" Turizm klubu "Tour&Info" layihəsinə start verdi - FOTOLAR

Davamlı İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən "Davam" Turizm klubu tərəfindən "Tour&Info” adlı layihəyə start verilib. Layihə çərçivəsində ilk tur Şamaxı və Ağsuya baş tutub.  
 
Sfera.az bildirir ki, tur çərçivəsində bir qrup davamçı gənc Şamaxıda üzüm bağlarında aparılan işlərlə, həmçinin Ağsuda "Az-Granata" şirkətinin şirə və şərab emalı zavodundakı istehsal prosesi ilə tanış olub. Tanışlıq zamanı şirkətin nümayəndələri gəncləri qarşılayaraq istehsalatla bağlı ətraflı məlumat verib.
 
Zavod gəzintisinin ardından nahar fasiləsində, daha sonra isə çay süfrəsi ətrafında toplanan gənclər müxtəlif mövzular haqqında fikir mübadiləsi aparıblar. Bu zaman doğum günü olan davamçı gənclərdən birinə şirkətin nümayəndələri tərəfindən hədiyyə də verilib.  
 
Qeyd edək ki, "Davam" Gənclər Hərəkatı nəzdində fəaliyyət göstərən Davamlı İnkişaf Mərkəzi 17-dən çox müxtəlif istiqamətli klubu özündə birləşdirən bir mərkəzdir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Prezident növbəti “ASAN xidmət”in açılışında iştirak etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 saylı Bakı "ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. Sfera.az xəbər verir ki, Prezident yanın...

Amaliya Pənahovanın barelyefi qoyuldu - FOTO

Avqustun 2-də görkəmli teatr və kino xadimi, Xalq artisti, Dövlət mükafatı laureatı Amaliya Pənahovanın (1945-2018) Bakı şəhərində yaşadığı binanın (Fikrət Əmir...

FHN-in növbəti qrupu Türkiyəyə çatdı - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə ərazisində baş vermiş meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan...

"Görün siz hansı əxlaqın sahibləri ilə parlament kreslolarını bölüşürsüz" - Jurnalistdən deputatlara çağırış

"Cibində 5 manata aldığı jurnalist vəsiqəsi gəzdirən hansısa qotur bir nalayiq hərəkət edəndə, deputat korpusu az qala bütün medianı hədəfə alır. Hətta jurnalis...

Parlament sədrləri Şuşada - FOTOLAR

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Pakistanın Milli Assambleyasının sədri Əsəd Qeysər və rəhbərl...

ABŞ qubernatoru Zəngilanda “Ağıllı kənd” layihəsilə tanış oldu - FOTOLAR

ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stittin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş Zəngilan rayonuna səfər edib. Kənd Təsərrüfatı Na...