No Image
No Image

DİN-dən Bakıda kütləvi dava görüntüləri ilə bağlı - AÇIQLAMA

DİN-dən Bakıda kütləvi dava görüntüləri ilə bağlı - AÇIQLAMA
Daxili İşlər Nazirliyi Bakının Yasamal rayonu ərazisində yerləşən "Etalon” yaşayış kompleksində kütləvi dava baş verməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülərə münasibət bildirib.

Sfera.az xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, bununla əlaqədar Yasamal Rayon 29-cu Polis Şöbəsində araşdırma aparılıb:

"Müəyyən olunub ki, həmin dava iyunun 15-də, gecə saat 23:00 radələrində baş verib.

Onu da qeyd edək ki, orada heç bir kütləvi davadan söhbət gedə bilməz. İki nəfər mübahisə edib, binada yaşayan bəzi qonşular isə onları sakitləşdirmək üçün aşağı düşüb.

Həyata keçirilən tədbirlərlə həmin şəxslərin hər ikisinin şəxsiyyəti dəqiqləşdirilib. Onlardan biri saxlanılaraq Polis Şöbəsinə gətirilib. Digər şəxsin saxlanılması üçün əməliyyat tədbirləri davam etdirilir,  qısa zamanda həmin şəxsin saxlanılması da təmin ediləcək. Müvafiq araşdırmalar aparılır”.
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Pandemiyanın qarşısını almaq üçün peyvəndləmə yetərli deyil - ALİMLƏR

Dünyada pandemiyanı dayandırmaq üçün təkcə vaksinasiya kifayət etmir, həmçinin maska taxmaq və sosial məsafə gözləmək lazımdır. Bu barədə "Nature Scient...

AQTA-dan XƏBƏRDARLIQ: "Bu virus xəstəliklərinin əsas sahib bitkisi pomidordur"

Hazırda qonşu ölkələr də daxil olmaqla, dünyanın bir çox ölkələrində kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurmaq potensialına malik olan pepino mozaika vir...

Bakıda bu restoran şortik geyinən kişiləri içəri buraxmır - FOTO

Bakıda fəaliyyət göstərən məşhur "Qoşa qala" restoranı kişi müştərilərinə xəbərdarlıq edib. Bildirilib ki, şortik və səndəl geyinən kişilər içəri buraxılmayacaq...

Polis niyə toyları yoxlamağa başladı? - DİN-dən açıqlama

"Operativ Qərargah əvvəlcədən elan etdi ki, heç bir halda biz hansısa formada inzibati metodlarla toy mərasimlərinə müdaxilə etməyəcəyik”. Sfera.az xəbər ...

Yoluxub sağalanlardan da COVID-19 pasportu tələb olunacaq? - AÇIQLANDI

Azərbaycanda əksər müəssisələrə - restoran, iri ticarət mərkəzləri və s. giriş üçün COVID-19 pasportu tələb olunacaq. Bu barədə Nazirlər Kabinetinin bu gün açıq...

Mənzillər jurnalistlərə, yoxsa şəhid ailələrinə verilsin? - SORĞU - VİDEO

Ötən gün bir qrup jurnalist tərəfindən ölkə başçısına müraciət edilərək onlar üçün tikilən üçüncü binanın şəhid və qazı ailələrinə verilməsi təklif edildi. ...