No Image
No Image

Əkin sahələri bu il də susuz qalacaq – Ekspert həll yolunu AÇIQLADI

Əkin sahələri bu il də susuz qalacaq – Ekspert həll yolunu AÇIQLADI
Azərbaycanda 2019 və 2020-ci illərdə quraqlığın müşahidə edilməsi bitkiçilik məhsullarının istehsalına mənfi təsir göstərmişdi. Yağışların az yağması xüsusən dəmyə ərazilərdə əkinçiləri böyük zərərə uğratdı. Quraqlıq eyni zamanda çaylarda da sululuq səviyyəsini azaltdığından aran və düzən ərazilərdə əkin sahələrinin su ilə təminatında problemlər yaratmışdı. 

Bəs, bu il vəziyyət necədir? Quraqlıq müşahidə edilirmi və su ilə təminat hansı səviyyədədir? 

Məsələ ilə bağlı Sfera.az saytına danışan aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov bildirdi ki, builki vəziyyət əvvəlki illərlə müqayisədə bir qədər yaxşıdır. O qeyd etdi ki, bu il həm yağışların intensivliyi yüksəkdir, həm də havalar mülayim keçir. 

Yağışın yağmasının bitkilərin suya olan tələbatının bir hissəsini ödədiyini söyləyən V.Məhərrəmov suya olan tələbatın ödənilməsində başqa mənbələrdən istifadənin daha önəmli olduğunu qeyd etdi: 

"Yağışlar bitkilərin suya olan tələbatını tam ödəyə bilməz. Bunun üçün su təminatını yaxşılaşdırmaq lazımdır. Mən dünən bir neçə fermerlə əlaqə saxlamışam, həmçinin bəzi fermerlərin özü mənə zəng edərək bildirir ki, yenə su problemi əvvəlki kimi qalır. Mövsümdə kifayət qədər yağışların yağmasına, suya olan tələbatın bir hissəsinin ödənilməsinə baxmayaraq yenə də arxlar qurudur, arxlarda su yoxdur. Bitkilərin suya olan ehtiyacı davamlı ödənilməlidir. Aradabir yağışın yağması bitkilərin suya olan ehtiyacının bir hissəni ödəyir. Məhsuldarlığın kifayət qədər olması üçün daimi su təminatı yaradılmalıdır”. 

Ekspert xatırlatdı ki, isti havalar hələ qarşıdadır, bir neçə gündən sonra yağışlar da dayanacaq və havada quruluq artacaq. V.Məhərrəmov bu vəziyyətdə əkin sahələrinin suya olan tələbatının ödənilməsinin çətinləşəcəyini dedi: 

"Biz görəcəyik ki, su təminatı ilə bağlı problemlər qalır. Bu sahəyə cavabdeh olan qurumlar tərəfindən hər hansı bir addım atılmır. 

Son vaxtlar artezianların sayı artırılır. Artezianlar ən yaxşı halda 25 hektar sahələrin suvarılması üçün yetərlidir. Ölkəmizdə 1,5 milyon hektar suvarılan ərazi var. Artezian quyuları ilə bu qədər əkin sahəsinin su ilə təmin etmək olmaz, artezian quyularının su ilə təminatda rolu cüzidir. Suya olan tələbatın ödənilməsi üçün Kürdən və Arazdan gələn suların idarəedilməsi təkmilləşdirilməlidir. Çay sularından səmərəli istifadə etməklə əkin sahələrini davamlı olaraq su ilə təmin etmək lazımdır”. 

V.Məhərrəmovun bildirdiyinə görə, Azərbaycanda elə bir münbit şərait var ki, bəzi bitkilərin əkinini ildə 4 dəfə həyata keçirmək mümkündür. O, bunun üçün suya olan təminatın ödənilməsinin əsas şərt olduğunu söylədi. 

Vasif
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ermənilər Kəlbəcərdə ordumuza məxsus “Ural”ı vurub? - RƏSMİ CAVAB

Müdafiə Nazirliyi sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus Ural markalı avtomobilin guya Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri t...

Azərbaycanda koronavirusa yoluxanların sayı 400-ü ötdü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti...

Müdafiə Nazirliyi məlumat yaydı - Kəlbəcərdə atışma davam edir

Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində atışma hazırda da davam edir.  Bu barədə Sfera.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətind...

Vətən Müharibəsi qəhrəmanlarına bu güzəştlər ediləcək - SİYAHI

Nazirlər Kabineti "Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslərlə bağlı qəbul etdiyi qərarın izahını verib. Nazirlər Kabinetinin mətbuat xidmətindən Sfer...

Pensiya və təqaüdlər bu tarixdə TAM ÖDƏNƏCƏK

İyulun 17-də bütün müavinət, təqaüd və kompensasiyaların ödənilməsi nəzərdə tutulub. Bu barədə Sfera.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin t...

Nazirlər Kabineti sosial müəssisələrin standartlarını DƏYİŞDİ

Sosial müəssisələrin standartları dəyişib.   Sfera.az-ın məlumatına görə, Nazir Kabineti bununla bağlı "Sosial müəssisələrin və kvotadan əlavə iş yerl...