No Image
No Image

Ərdoğan Şuşada Azərbaycan xalqına hansı sürprizi edəcək? – "Bəlkə elə bunu nəzərdə tutur..."

Ərdoğan Şuşada Azərbaycan xalqına hansı sürprizi edəcək? –
"Türkiyə ilə ABŞ arasında istənilən məsələlərdə razılıq əldə olunması birmənalı olaraq Azərbaycanın və Azərbaycan-Türkiyə dostluğunun mənafeyinə xidmət edir”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. O bildirib ki, Bayden-Ərdoğan arasında müzakirəyə çıxarılacağı gözlənilən 10-a yaxın  məsələlər arasında Rusiyadan alınan və Türkiyə Silahlı Qüvvələrini inventarına daxil edilməsini gözləyən S-400 hava müdafiə sisteminin taleyi də var:

"Artıq bu məsələdə də razılıq əldə olunması istiqamətində hələ təsdiqini tapmamış məlumatlar dolaşır. Türkiyə S-400-lərin məsələsini həll etməklə Amerikanın Türkiyəyə təslim edilməsinə embarqo qoyduğu F-35-lərini geri alır və bu qırıcıların  istehsalındakı iştirakını bərpa edir. Bəs belə olan halda, S-400-lər Rusiyaya geri qaytarılacaqmı? Əlbəttə ki, xeyr. Bu silahlar Tükiyə Silahlı qüvvələrinin mövcud olduğu ölkələrdən birinə transfer edilərək Türkiyə hərbçilərinin nəzarəti altında həmin ölkənin səmasını qoruyacaq”.

Müsahibimiz qeyd edib ki, Türkiyənin S-400 ləri yerləşdirəcəyi ölkənin Azərbaycan olması ehtimalı çox yüksəkdir: "Bəlkə Ərdoğanın Şuşada Azərbaycan xalqına, onun Prezidentinə edəcəyi sürpriz S-400-lərin Azərbaycana veriləcəyi barədə şad xəbərdir? Türkiyənin bu addımı Azərbaycan səmalarının uzunmüddətli təhlükəsizliyinin təminatı olar və bununla Azərbaycanla hərbi əməkdaşlığına böyük töhfə verərdi”.

Günay Rəsulqızı
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Laçın dəhlizindəki atışma xəbəri ilə bağlı Müdafiə Nazirliyindən AÇIQLAMA

Laçın dəhlizi, Xocavənd və Naxçıvan istiqamətlərində guya atəş səslərinin müşahidə edilməsi və döyüşlərin getməsi barədə Ermənistan tərəfinin yaydığı məlumatlar...

Makron İrəvandan sonra Xankəndiyə gələcək? – “99,9 faiz inanıram ki...”

"Emmanuel Makron bu avantüraya gedərsə, Bakı Parislə diplomatik münasibətləri ən aşağı səviyyəyə endirəcək”.   Bu sözləri Sfera.az-a açıqlamasında p...

Ermənilər növbəti dəfə Naxçıvandakı mövqelərimizi atəşə tutdu

İyulun 16-sı saat 10:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının ...

Birgə Monitorinq Mərkəzindəki türk hərbçilər niyə susur? - “Mütləq reaksiya verilməli idi...”

"Atəşkəsin pozulması uzun müddət davam etmir, 10-15 dəqiqə çəkir. Həmin anı tutmaq, fiksə etmək məsələsində Monitorinq Mərkəzinin problemləri ola bilər”. ...

Rəsmi Bakıdan Ermənistan XİN-in addımına CAVAB

"Ermənistan XİN-in bu addımı bir daha onu göstərir ki, bu ölkə hələ də beynəlxalq hüquqa zidd olan və ərazi iddialarından çıxış edən mövqe sərgiləyir”. Sf...

Paşinyan Arayik fiqurunu şahmat taxtasından götürür – Köməkçisini Xankəndiyə göndərdi

Ötən gün Nikol Paşinyan köməkçisi Qagik İsaxanyanın Yuxarı Qarabağ ərazisinə göndərilməsinə dair bir sərəncam imzalayıb. Bundan əvvəl isə Paşinyan Putinlə Mo...