No Image
No Image

Ərzaq məhsullarının kəskin bahalaşmasının qarşısı necə alınmalı? – “Gömrük rüsumu və ƏDV azaldılmalıdır”

Ərzaq məhsullarının kəskin bahalaşmasının qarşısı necə alınmalı? – “Gömrük rüsumu və ƏDV azaldılmalıdır”
Son bir neçə ay ərzində bir çox ərzaq məhsulları üzrə kəskin bahalaşma müşahidə olunur. Xüsusilə də yağ və şəkərin qiymətində ciddi artımların olduğu bildirilir.

Maraqlıdır, ərzaq məhsullarının qiymətində nisbi ucuzlaşma gözlənilirmi, bu istiqamətdə hansı addımlar atılmalıdır?
 
Mövzunu Sfera.az-a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli 3 ay müddətinə gömrük rüsumlarının ləğvi təklifini irəli sürüb. Ekspert hökumətin inzibati müdaxiləsinin yox, iqtisadi müdaxilələrin önəmli olmasını bildirib:

"Qiymətlərin artım səbəbləri müxtəlif olduğu kimi onların tənzimləmə mexanizmləri də müxtəlifdir. Azərbaycan hökuməti bu sahələrdə qiymətlərin tənzimlənməsinə qısa zamanda nail olmaq istəyirsə, belə məqamda inzibati müdaxilələrdənsə, iqtisadi müdaxilələr önəmlidir. Yəni, ölkədə qiyməti bahalaşan ərzaq məhsulları varsa və yerli istehsal bunu tam qarşılamaq qabiliyyətində deyilsə, həmin növ məhsulların xaricdən gətirilməsində müvəqqəti olaraq gömrük rüsumlarını sıfırlamaq olar. Məsələn, payız aylarınadək 3 aylıq müddətlə bu addımı atmaq olar.
 
Bundan sonra bazardakı gedişatı izləmək imkanı olacaq və bəlli olacaq ki, qiymətlər hansı yöndə dəyişir. Çünki bizdə daxili istehsal həm şəkər, həm süd, həm yağ məhsulları ilə bağlı tələbatımızı ödəmir. Ödənilən hissə çox az qismdir.
 
Daxili istehsal adıyla bazara çıxarılan məhsulların da xammalı xaricdən gəlir. Xaricdən, əsasən də Ukraynadan alınan şəkər burada sadəcə qablaşdırılır. Bu səbəbdən çox qısa zamanda qiymətlərin tənzimlənməsi üçün gömrük rüsumları və vergi dərəcələrinə hökumətin müdaxilə etmək imkanları və fürsətləri var. Çox təəssüf ki, biz bunu görmürük. Daxili bazarda artımın olmasının bir çox səbəbləri mövcuddur. Əsas səbəblərdən biri də yanvar ayında dizel yanacağının qiymətinin qalxması idi".

N.Cəfərli qiymətlərin bahalaşması ilə bağlı hökumətə dəfələrlə xəbərdarlıq edildiyini bildirib. Ekspert qiymətlərin ucuzlaşmasına səbəb olan amillərdən də danışıb: "Aqrar sektorda dizel yanacağı maya dəyərinin 35-40%-ni təşkil edir. Birdən-birə dizelin qiymətinin 34% artması artıq yaz mövsümündən başlayaraq kənd təsərrüfatı məhsullarının emal edilməsində, əkin-biçinində qiymətlərə sürətlə təsir etməyə başladı. Hökumət rəsmiləri deyirdilər ki, artımın olmaması üçün biz təşviq proqramları formalaşdıracağıq, konpensasiyalar verəcəyik. Biz isə bunun tam əksini gördük.
 
Kompensasiyaların, subsidiyaların verilməsi də yetərli deyil. Yerli istehsal məhsullarının qiymətinin artması daşınma və əkin-biçinin bahalaşması ilə əlaqədardır. Azad bazar iqtisadiyyatı dövründə hökumət qiymət təyin etməməlidir. Gömrük rüsumları və vergi dərəcələri ilə müəyyən sahədə stimullaşdırma proqramlarının həyata keçirilməsinə və qiymətlərin bazarın özü tərəfindən tənzimlənməsinə nail olmaq olar. Məsələn, bizdə gömrük rüsumları 15 faiz, əlavə dəyər vergisi isə 18 faizdir. Üst-üstə gəldikdə ölkəyə daxil olan məhsuldan təxminən 34-35% gömrük rüsumu və ƏDV alınır. Bunların azaldılması qiymətlərin ucuzlaşmasına səbəb olacaq".
 
Əzizə Zeynal
Sfera.az
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Aİ-98” markalı benzinin bahalaşması nə ilə nəticələnək? - İZAH

2021-ci ilin avqustun 1-dən Azərbaycanda "Aİ-98” markalı avtomobil benzinin 1 litrinin pərakəndə satış qiyməti 5 qəpik artırılaraq 1,6 manata çatdırılıb. ...

Azərbaycanda bu markalı benzinin qiyməti qalxdı

Azərbaycanda "Aİ-98” markalı benzinin qiyməti qalxıb.   Sfera.az xəbər verir ki, Azərbaycanda "Aİ-98” super markalı benzinin qiyməti 5 qəpik artaraq 1,60...

Bu meyvə-tərəvəzlər iki dəfə BAHALAŞDI

Son zamanlar rayonların mərkəzi bazarlarında pomidor və xiyarın qiymətləri kəskin qalxıb. Ötən həftə pomidorun bir kilosu 15-20, xiyarın bir kilosu isə 40-50 qə...

Bu şəxslərə 550 manat veriləcək

Faydalı qazıntı yataqlarının kəşfçilərinin mükafatlandırılması qaydası dəyişib. Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayı...

Rusiyadan Azərbaycana yeni qadağa - Bunları sərhəddən keçirmək mümkün olmayacaq

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümum...

Dövlət işi, yoxsa özəl sektor? – Hansında maaş daha yüksəkdir və niyə?

Azərbaycanda özəl sektorda olan əmək haqqı səviyyəsi dövlət sektoru ilə müqayisədə xeyli yüksəkdir.   Sfera.az rəsmi məlumatlara istinadən bildirir ...