İctimai TV İlqar Mikayıloğlu ilə bağlı qalmaqala aydınlıq gətirdi: "Bizimkilər" sözünü tapın!

İctimai TV İlqar Mikayıloğlu ilə bağlı qalmaqala aydınlıq gətirdi:
İctimai televiziya iyunun 12-də Belçika-Rusiya matçında şərhçi İlqar Mikayıloğlunun Rusiya yığmasına xitabən "bizimkilər” ifadəsi işlətməsi barədə məlumat yayıb.

Sfera.az-ın məlumatına görə, kanal açıqlamasında bildirib ki, sosial şəbəkələrdə şərhçinin masanın üzərindəki kağızlara baxaraq Rusiya komandasının əvəzedici heyəti ilə bağlı ardıcıl dediyi "kimimiz var hücumçulardan” (23.42.35) və "ehtiyatda yarımmüdafiədə kimlərimiz var orda” (23.42.46) ifadəsini "bizimkilər” kimi yozmağa çalışırlar. 

"Şərhçi iş masasının üzərindəki hər hansı predmeti özününkü hesab etdiyindən "topumuz”, "qələmimiz”, "fincanımız”, "siyahımız”, yaxud da "siyahıda kimlərlərimiz var” ifadəsini də rahatlıqla işlədə bilər. Burdakı mənsubiyyət şəkilçisi həmin komandaya deyil, əlbəttə ki, iş masasındakı predmetə aiddir. Şərhçi "kimimiz var” ifadəsindən istifadə edəndə komandanı deyil, siyahını nəzərdə tutur. Vədimiz isə qüvvəsindədir – şərhdə "bizimkilər” sözünü tapın, gəlin hədiyyənizi aparın”, - deyə televiziya kanalının yaydığı məlumatda qeyd edilib.

Türkan
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Prezidentin yürüşdə yoldaşımın fotosunu daşıdığını görəndə çox təsirləndim”

"Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bakıda keçirilən yürüşdə həyat y...

Sabiq nazir polisləri evində xadimə, çoban, balıqçı, otbiçən kimi işlədirmiş...

Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov vəzifədə olduğu müddətdə polis əməkdaşlarını evində xadimə, fermasında çoban, vətəgələrində balıqçı, yonca sa...

Yoluxanların bu günə olan sayı AÇIQLANDI

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1356 yeni yoluxma faktı qeydə alınıb,  2651 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az x...

"Payızda ötən ildəkindən daha güclü dalğa gözlənilir, hazır olmalıyıq" – Rəşad Mahmudov

"İstənilən dalğanın başlanğıcı olduğu kimi sonu da olur. Sonuncu dalğa təxminən 6-7 həftədir başlayıb və ay yarımdan sonra dalğalar pik həddə çatıb, sonra sönmə...

Baş nazir TƏBİB-ə yeni səlahiyyət verdi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, p...

Son 6 ayda koronanın əlimizdən aldığı məşhurlar

Son 6 ayda 5 məşhur sənətçimiz ard-arda koronavirusdan dünyasını dəyişib. Sfera.az onların siyahısını təqdim edir: Xalq artisti Rafiq Hüseynov (Rəmi...