Çingiz Rəsulzadə vəfat etdi

Çingiz Rəsulzadə vəfat etdi
Kinorejissor, dramaturq Çingiz Rəsulzadə vəfat edib.

Sfera.az xəbər verir ki, bu barədə APA-ya "ButaFilm"in icraçı direktoru Vidadi Rüstəmov məlumat verib.

Çingiz Rəsulzadə Bakıda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1992), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qrafik-rəssam ixtisasında, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq ixtisasında (A.Eşpay, S.Miroşniçenko və V.Fençenkonun kursu) təhsil alıb.

Rusiya istehsalı olan "Həyat haqqında mimlər" (2002) qısametrajlı bədii filminin və "Jestlər.. Barışıq" (2005) sənədli filminin rejissoru və ssenari müəllifi, "İkinci" qısametrajlı bədii filminin ssenari müəllifidir.

Allah rəhmət eləsin.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR