No Image
No Image

İranın yerli istehsal peyvəndi “COVIRAN Bərəkət” təcili istifadəyə verildi

İranın yerli istehsal peyvəndi “COVIRAN Bərəkət” təcili istifadəyə verildi
İranın səhiyyə naziri Səid Nemeki COVID-19-a qarşı hazırlanmış yerli "COVIRAN Bərəkət” peyvəndinin təcili istifadəsinə icazə verildiyini açıqlayıb.
 
Sfera.az xəbər verir ki, İranın Mərkəz ostanının Əraq şəhərində tibb layihələrinin açılış mərasimində çıxış edən S. Nemeki yerli peyvənd üzrə gedən işlərin son vəziyyəti ilə əlaqədar danışıb.

Yerli peyvənd sayılan "COVIRAN Bərəkət”in təcili istifadəsinə icazə verildiyini qeyd edən nazir başqa bir yerli peyvənd "Pastor”a gələn həftədən, "Razi Cov Pars” və "Fahra” peyvəndlərinə isə yaxın zamanda icazə veriləcəyini bildirib.

"COVIRAN Bərəkət” peyvəndi İranda ilk dəfə ötən ilin 29 dekabrında uğurla sınaqdan keçirilib. Elmi araşdırmaların rəhbəri Məhəmməd Muhbirin qızı Təyyibə Muhbir peyvəndi ilk qəbul edən könüllü olub.

İkinci yerli peyvənd "Razi Cov Pars” isə fevralın 28-də 133 könüllü üzərində uğurla sınaqdan keçib. 

Qeyd edək ki, pandemiyanın başlanmasından bəri İranda 3 milyondan çox COVID-19-a yoluxma faktı qeydə alınıb və 82 min insan xəstəlik səbəbilə ölüb.

Əzizə Zeynal
Sfera.az 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bu ölkədə peyvənd olunmamış şəxslər işə buraxılmayacaq

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev parlament tərəfindən qəbul edilmiş və vaksin vurulmamış əməkdaşların işdən azad olunmasına icazə verən qanunu ...

“Taliban” Əfqanıstanda böyük şəhərləri ələ keçirdi: Laşkar Qax uğrunda döyüş gedir

ABŞ aviasiyasının  və Əfqanıstan hökumət qüvvələrinin davamlı hava zərbələrinə baxmayaraq, Laşkar Qax bütün gecə silahlıların güclü atəşi altında olub. ...

Azərbaycanlı yanğınsöndürənlərin bayraq sevgisi Türkiyə mediasında – Video

Muğlanın Marmaris ilçəsindəki Hisarönü məhəlləsində çalışan azərbaycanlı yanğınsöndürənlərin Türkiyə dövlət bayrağına qarşı göstərdikləri hörmət ölkə mediasında...

Bill Qeyts rəsmən boşandı

Məşhur "Microsoft” şirkətinin təsisçisi, dünyanın ən varlı şəxslərindən biri sayılan Bill Qeyts və həyat yoldaşı Melinda Qeyts rəsmən boşanıb. Sfera.az-ın...

Türkiyədə isti və küləkli hava yanğınları şiddətləndirdi – FOTO

Türkiyənin altı bölgəsində 13 meşə yanğını ilə mübarizə davam edir. Sfera.az xəbər verir ki, bu barədə ölkənin əkin və meşə təsərrüfatı naziri Bəkir Pakdə...

ABŞ 24 rusiyalı diplomata bir ay vaxt verdi

"Amerika Birləşmiş Ştatları Rusiya tərəfinə vizalarının müddəti bitdiyinə görə ölkəni sentyabrın 3 -nə qədər tərk etməli olan 24 diplomatın siyahısını təqdim ed...