No Image
No Image

Kəlbəcərdə minaya düşərək ölənlər arasında vəzifəli şəxs də var

Kəlbəcərdə minaya düşərək ölənlər arasında vəzifəli şəxs də var
Ermənistanın silahlı qüvvələri beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozmaqla ərazilərimizi minalayaraq vətəndaşlarımıza qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluqdan Sfera.az-a verilən məlumata görə, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu "Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olmuş, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilmişlər.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılmışdır.
Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakıda ər əvvəlcə arvadını, sonra özünü bıçaqladı

Bakıda ər əvvəlcə arvadına, sonra isə özünə bıçaqla xəsarət yetirib.   Sfera.az "Report"a istinadən bildirir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb....

Kürdəmir sakini tanışını güllələyib öldürdü

İyulun 30-da Kürdəmir rayonunun Dayıkazımlı kəndində qətl hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə saat 16 radələrində törədilib. Kənd sakini V...

“Baş həkim təcili yardımın açarını gizlədib” iddiasına - Rəsmi cavab

Sosial şəbəkələrdə Mingəçevir Mərkəzi Xəstəxanasına təcili tibbi yardım üçün müraciət edən Vətən müharibəsi qazilərinə yardım göstərilməməsi ilə bağlı məlumat y...

Kürdəmir sakini həmkəndlisini güllələyərək qətlə yetirib

Kürdəmir rayonunda qətl hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə rayonun Dayıkazımlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini Vurğun A...

Deputatın polisi döyməsi ilə bağlı cinayət işi açıldı

İyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən "Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun p...

İtkin düşən taksi sürücüsünün öldürülərək basdırıldığı məlum oldu

Lənkəranda itkin düşdüyü barədə məlumat verilən taksi sürücüsü - Lənkəran sakini, 1963-cü il təvəllüdlü İlham Cavadovun qətlə yetirildiyi məlum olub. Sfer...