No Image
No Image

“Keçinin şıllaq atması gün batana qədərdir...” – Köçəryanın bəyanatına sərt REAKSİYA

“Keçinin şıllaq atması gün batana qədərdir...” – Köçəryanın bəyanatına sərt REAKSİYA
"Yaxın iki ildə Azərbaycan indikindən iki dəfə güclü olacaq.  Ermənistan nəinki Xankəndi və Xocalını Azərbaycana geri verməli olacaq, hətta Zəngəzuru da itirəcək”.

Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın Hadrut və Şuşanı yenidən işğal edəcəkləri və Dağlıq Qarabağ Muxtar Vilayətinin 1991-ci il sərhədinin bərpa ediləcəyi barədə sərsəm bəyanatına münasibət bildirərkən, politoloq Cümşüd Nuriyev deyib. 
 
Həmsöhbətimizin fikrincə, bu tip layihələr şimal ölkəsindən qaynaqlanır: "Tək Köçəryan sayıqlamır, Jirinovski də sayıqlayır. Jirinovski Köçəryandan daha təhlükəli bəyanatlar verib.  Açıq şəkildə bildirib ki, Azərbaycanda yerləşdirilən sülhməramlı qüvvələr Rusiya hərbi bazasının əsasını təşkil edəcək. Görünən odur ki, bütün bu layihələr Rusiya kəşfiyyat orqanları tərəfindən hazırlanıb. Köçəryanın bu sərsəm  bəyanatı da Jirinovskinin fikrilərinin davamıdır”.
 
C. Nuriyevin fikrincə, Köçəryan belə bəyanatlarla erməni auditoriyasını ələ almağa çalışır: "Dağlıq Qarabağın inzibati sərhədləri bərpa oluna bilməz. Çünki Azərbaycan parlamenti 1991-ci ilin noyabrın 26-da belə bir qurumun ləğv edilməsilə bağlı qərar verib. Hadrutun qaytarılması nağıldır. Şuşa barədə isə heç danışmağa dəyməz. Bu ərazilər Azərbaycan üçün strateji əhəmiyyəti olan yerlərdir. Azərbaycan torpaqları azad etmək üçün üç minə yaxın şəhid verib. Ona görə də Köçəryanın sərsəm fikirləri reallıqdan tamamilə uzaqdır. Sadəcə, daxili auditoriya üçün seçkiyə hesablanmış gedişdir. Keçinin şıllaq atması gün batana qədər olduğu kimi, Köçəryanın bu tip bəyanatları da iyunun 19-na qədərdir. Köçəryanın həmin açıqlaması Rusiyanın da marağına uyğun deyil. Köçəryan nə deyir desin, bunun Azərbaycana heç bir dəxli yoxdur”. 
 
Rüfət SULTAN
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Türkiyəyə yardım dəstələri göndərilir - İlham Əliyev tapşırıq verdi

"Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qard...

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Milli Hematologiya və Transfuziologiya Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin aparılması ilə bağlı tədbirlər haqqında sərəncam...

Rusiya Paşinyanın sərhədlə bağlı təklifini qəbul edəcək? - KREMLDƏN AÇIQLAMA

"Razılaşmanın reallaşması üçün Moskva Bakı və İrəvanla əlaqə saxlayır”. Sfera.az xəbər verir ki, bunu Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Pesk...

"Bu görüş İrəvanın arzuladığı taktikanı pozacaq" - AÇIQLAMA

Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan arasında növbəti görüş plan...

“Sərhəddəki vəziyyətdən narahatıq” - BMT

"BMT Azərbaycan-Ermənistan sərhədində gərginliyin artmasından narahatdır”. Sfera.az xəbər verir ki, bunu BMT-nin Baş katibinin rəsmi nümayəndəsinin müavin...

Alimpaşa Məmmədov YAP-dan ÇIXARILDI

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib. Sfera.az-ın məlumata görə, o, YAP-ın Şə...