No Image
No Image

Könül Nurullayeva AŞPA-nın Yay Sessiyası üzrə videokonfransında iştirak edib

Könül Nurullayeva AŞPA-nın Yay Sessiyası üzrə videokonfransında iştirak edib
Millət vəkili Könül Nurullayeva 22 iyun 2021-ci il tarixində AŞPA-nın Yay Sessiyası üzrə baş tutan videokonfransında iştirak edib.

Sfera.az-ın məlumatına görə, sessiyada "Media azadlığı, ictimai inam və insanların bilmək hüququ" mövzusu ətrafında çıxış edən deputat media azadlığı ilə bağlı dünyadakı vəziyyətdən, xüsusilə də Azərbaycanda möcvud olan mətbuat və internet azadlığı, insanların leqal informasiya əldə etmək hüquqlarının uğurlu tətbiqindən söz açıb.


K. Nurullayeva çıxışında bildirib ki, Azərbaycanda hər kəs qanuni şəkildə informasiya axtarmaq, almaq, hazırlamaq və yaymaq hüququna malikdir, internet isə ölkəmizdə azad olub əhalinin 80%-i tərəfindən istifadə olunmaqdadır.


Milli Məclis deputatı çıxışında həmçinin Azərbaycanın şəhid media nümayəndələri Sirac Abışov və Məhərrəm İbrahimovun Kəlbəcərdə ermənilərin mina terrorunun qurbanı olması barədə iştirakçıları məlumatlandırıb.  K.Nurullayeva "Ermənistanın bu terror siyasəti bütövlükdə dünya mediasına yönəlmiş təhlükədir" deyə qeyd edib.


Çıxışın sonunda isə millət vəkili həmkarlarının fikirlərinə qoşulub, hökumət və dövlət orqanları ilə yanaşı özəl media, təhsil ocaqları və mədəniyyət evlərini də maariflənmə prosesində  fəal olmağa çağırıb.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Sabah Bakıda 39 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hid...

“Deputat bu hərəkəti ilə dövlətin nüfuzuna zərbə vurub” - Baş prokuror

"Deputatların səlahiyyətləri var. Deputat məlum hadisədə səlahiyyətlərini aşıb. Ona görə də ona vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi açılıb”. ...

Milli Məclisin növbədənkənar sessiyası başa çatdı

 Milli Məclisin növbədənkənar sessiyası işini yekunlaşdırıb. Sfera.az-ın xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən növbəd...

Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verildi - RƏSMİ

Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib. Sfera.az-ın məlumatına görə, qərar parlamentdə səsverməyə çıxarılaraq qəbul ed...

Kamran Əliyev: "Eldəniz Səlimovun hərəkətləri Milli Məclisin nüfuzuna xələl gətirmir"

"Eldəniz Səlimovun hərəkətləri Milli Məclisin nüfuzuna qətiyyən xələl gətirmir. Hesab edirəm ki, gələcəkdə belə bir hallar olmayacaq”. Sfera.az-ın xəbərin...

"Eldəniz Səlimov polisə deyib ki, fəxr elə səni deputat döyüb"

 "Milli Məclisin üzvü öz səlahiyyətini aşıb”. Sferaq.az-ın xəbərinə görə, bunu Milli Məclisin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı...