No Image
No Image

Koronavirus peyvəndinin gələcəkdəki fəsadları hələ məlum deyil - Həkim

Koronavirus peyvəndinin gələcəkdəki fəsadları hələ məlum deyil - Həkim
"Hər kəs, xüsusilə də ürək-damar xəstəlikləri olan şəxslər peyvənd olunmalıdır. Çünki virus orqanizmdə xeyli fəsadlar yaradır”.

Sfera.az xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər” verilişinə açıqlamasında həkim Samir Əsgərov deyib.

O bildirib ki, peyvənddən sonra isə insan bədənində virusa qarşı müdafiə sistemi yaranır.

Həkim onu da qeyd edib ki, peyvəndin qoruma müddəti və ya gələcəkdəki fəsadlar barədə hələlik məlumat yoxdur:

"Xəstəliklərə qarşı olan peyvəndlər var ki, onların bəzisi müəyyən vaxtda bir neçə dəfə vurulur, bəzi isə bir dəfə ömürlük olaraq vurulur. Yəni peyvənddən sonra bədəndə yaranan antitellər ömürlük qoruyur. Koronavirus peyvəndi isə yenidir. Onun gələcəkdəki zərərlərini, fəsadlarını bilmək üçün ən az 5-10 il vaxt lazımdır. Yeni yarandığı üçün isə belə bir məlumat yoxdur”.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Delta" ştamına yoluxan bu şəxslərin ciddi müalicəyə ehtiyacı yoxdur

"Koronavirusun yeni "Delta" ştamının yaratdığı xəstəlik əvvəlki ştamlardan daha tez sağalır. Əgər xəstənin oksigen saturasiyası 95-dən yuxarıdırsa, boğulma, tən...

TƏBİB rəsmisi xəstəxanaların fəaliyyətini tənqid etdi

"Əgər Azərbaycanda fəaliyyət göstərən xəstəxanalarda əvvəldən infeksiyaya nəzarət proqramları olsaydı, bəlkə də koronavirus bu qədər təsiredici olmayacaqdı. Çün...

Bu gün rekord sayda peyvənd vuruldu

Bu gün Azərbaycanda koronavirus əleyhinə 87 286 vaksin vurulub. Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yay...

Yoluxanların sayı açıqlandı, 3 nəfər öldü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb, 178 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az  xəb...

“Delta ştammının yaratdığı xəstəlik əvvəlkilərdən daha tez sağalır” - Tanınmış həkimdən AÇIQLAMA

"Delta ştammının yaratdığı xəstəlik əvvəlki ştammlardan daha tez sağalır”.   Bunu Sfera.az-a açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin sədr m...

COVID-19-un hansı ştamları daha təhlükəlidir?

Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun yeni ştamlarının yüksək yoluxuculuq qabiliyyətinə malik olması və artıq bir çox dünya ölkələrində sürətlə yayılması...