No Image
No Image

Koronavirusa qarşı ürəyi gücləndirək 5 QIZIL QAYDA

Koronavirusa qarşı ürəyi gücləndirək 5 QIZIL QAYDA
Koronavirusun ən çox təsir etdiyi orqan ürəkdir.

Sfera.az xəbər verir ki, türkiyəli mütəxəssis Atalay Karakaya koronavirusun damarlarda laxtalanmaya səbəb olduğunu bildirib:

"Ayaqlarda yaranan laxtalanma ürəyə, ürəkdən ağciyərlərə çatdığı zaman ölümcül nəticələrə yol açır. Bu müddətdə maksimum səviyyədə ürək-damar sağlamlığınızı qoruyun".

Ən az 2 litr su!

"Xüsusilə isti yay günlərində ən az 2 litr olmaqla 3 litrə qədər su içilməlidir. Yetərli miqdarda su qandakı laxtalanmanın qarşısını alır".

Həkim yoxlanışlarını ertələməyin!

"Artıq çəki və yuxu pozuntuları da metabolik problemlərlə birlikdə, ürək-damar sağlamlığımıza mənfi təsir edən faktorlar arasındadır. Xüsusilə yüksək təzyiqdən əziyyət çəkənlər istifadə etdikləri dərmanları buraxmamalı, mütəmadi qəbul etməlidirlər".

Qidalanmanıza diqqət edin!

"Pandemiyada artan çox yemə istəyi, hərəkətsiz qalma və sifariş edilən şirniyyat və "fast food" kimi qidalar ürək damar xəstəliklərinə yol açır. Hazırda bu xəstəliklər daha da artdı. Qidalanmanızda sağlam qidalara və hərəkətsiz qalmamağa diqqət etməlisiniz".

Hazır qidalardan uzaq durun

"Mümkün olduğu qədər təbii və orqanik bəslənməyə üstünlük verin. Yüksək miqdarda duz, şəkər və yağ tərkibli paketli, hazır qidalardan uzaq durun. Qida tükətimində yağ, duz və şəkər tarazlığı isə çox önəmlidir".

Bol-bol harəkət edin

"Ürək, xüsusən damar sağlamlığı baxımından mütləq hərəkət etməliyik. Bu da psixoloji olaraq özümüzü rahat, pozitiv hiss etdirərək koronavirusa qarşı mübarizə aparmağımıza kömək edər". /medicina.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Delta" ştamına yoluxan bu şəxslərin ciddi müalicəyə ehtiyacı yoxdur

"Koronavirusun yeni "Delta" ştamının yaratdığı xəstəlik əvvəlki ştamlardan daha tez sağalır. Əgər xəstənin oksigen saturasiyası 95-dən yuxarıdırsa, boğulma, tən...

TƏBİB rəsmisi xəstəxanaların fəaliyyətini tənqid etdi

"Əgər Azərbaycanda fəaliyyət göstərən xəstəxanalarda əvvəldən infeksiyaya nəzarət proqramları olsaydı, bəlkə də koronavirus bu qədər təsiredici olmayacaqdı. Çün...

Bu gün rekord sayda peyvənd vuruldu

Bu gün Azərbaycanda koronavirus əleyhinə 87 286 vaksin vurulub. Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yay...

Yoluxanların sayı açıqlandı, 3 nəfər öldü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb, 178 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az  xəb...

“Delta ştammının yaratdığı xəstəlik əvvəlkilərdən daha tez sağalır” - Tanınmış həkimdən AÇIQLAMA

"Delta ştammının yaratdığı xəstəlik əvvəlki ştammlardan daha tez sağalır”.   Bunu Sfera.az-a açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin sədr m...

COVID-19-un hansı ştamları daha təhlükəlidir?

Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun yeni ştamlarının yüksək yoluxuculuq qabiliyyətinə malik olması və artıq bir çox dünya ölkələrində sürətlə yayılması...