No Image
No Image

Laçında saxlanılan erməni əsgəri təhvil verildi - RƏSMİ

Laçında saxlanılan erməni əsgəri təhvil verildi - RƏSMİ
Aparılmış əlavə araşdırmalar nəticəsində məlum olub ki, 2021-ci il iyunun 8-də Ermənistan-Azərbaycan sərhədinin Laçın rayonu ərazisində saxlanmış Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Artur Kartanyan Azərbaycan ərazisinə təxribat-diversiya məqsədilə daxil olmayıb.

Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına görə, Artur Kartanyanın yolunu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən edilib.

A.Kartanyanın ilkin dindirmə əsnasında özünü şübhəli apardığına və qeyri-dəqiq cavab verdiyinə görə, onun Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun hərbi qulluqçusu olması barədə şübhələr yaranıb.

Qeyd olunanları nəzərə alaraq, A.Kartanyan qarşı tərəfə geri təhvil verilib.

Bununla, Azərbaycan tərəfinin humanist davranışını növbəti dəfə nümayiş etdirərək ölkəmizə qarşı cinayət törətməmiş şəxsin geri qaytarılmasını təmin edirik.


Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda koronavirusa yoluxanların sayı 400-ü ötdü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti...

Müdafiə Nazirliyi məlumat yaydı - Kəlbəcərdə atışma davam edir

Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində atışma hazırda da davam edir.  Bu barədə Sfera.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətind...

Vətən Müharibəsi qəhrəmanlarına bu güzəştlər ediləcək - SİYAHI

Nazirlər Kabineti "Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslərlə bağlı qəbul etdiyi qərarın izahını verib. Nazirlər Kabinetinin mətbuat xidmətindən Sfer...

Pensiya və təqaüdlər bu tarixdə TAM ÖDƏNƏCƏK

İyulun 17-də bütün müavinət, təqaüd və kompensasiyaların ödənilməsi nəzərdə tutulub. Bu barədə Sfera.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin t...

Nazirlər Kabineti sosial müəssisələrin standartlarını DƏYİŞDİ

Sosial müəssisələrin standartları dəyişib.   Sfera.az-ın məlumatına görə, Nazir Kabineti bununla bağlı "Sosial müəssisələrin və kvotadan əlavə iş yerl...

Hərbçilərə medalların təqdimatı niyə gecikdirilir? - Müdafiə Nazirliyi aydınlıq gətirdi

2020-ci ilin dekabr ayında və 2021-ci ilin iyun ayında elan olunmuş sərəncamlarla verilmiş medallar artıq hazırlanır və onların aidiyyəti üzrə təqdim olunması p...