No Image
No Image

Məhsulunu sata bilməyən fermerlər nə etsin? - "Hökumət kredit resursu təşkil etməlidir..."

Məhsulunu sata bilməyən fermerlər nə etsin? -
Fermerlərimiz bu mövsümdə də becərdikləri məhsulu xarici bazarlara çıxarmaqda, həmçinin daxili bazarda əlverişli qiymətə satmaqda çətinliklərlə qarşılaşıb. Xüsusilə Göyçay və Cəlilabad rayonlarında yaşayan fermerlər yetişdirdikləri pomidor, xiyar, kartof və digər məhsulları Rusiyaya göndərə bilmədiklərini deyirlər.

Kəndlilər maya dəyəri 70-80 qəpik olan pomidorun bir kiloqramını yalnız 20-30 qəpiyə sata bilirlər. Göyçayda xiyarın bir kiloqramının qiyməti isə 3-5 qəpik arası dəyişməkdədir.

Maraqlıdır, belə bir əlverişsiz vəziyyətin yaranmasına səbəb nədir? Problemdən nə kimi çıxış yolları var?
 
Mövcud durumu Sfera.az-a şərh edən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov problemdən çıxış yolları barədə danışaraq, kütləvi ixrac məqsədilə itehsal edilən məhsulların dəyişdirilməsinin vacibliyini bildirib:

"Birinci növbədə fermerin təsərrüfatı sığortalanmalıdır ki, belə hallar baş verəndə  itkilər bərpa edilə bilsin . Hökumət fermerlərə istiqamətlər verməlidir. Kəndli gələcəkdə məhsul istehsal edəndə bilsin ki, onu hara ixrac edə bilər və uyğun məhsul hansıdır.
 
Fermerlərimiz çalışmalıdır ki, riskli olan, istixana şəraitində yetişdirilən pomidorun istehsalını azaltsınlar. Belə pomidorun daxili bazarda alıcısı azdır, bazar da monopoliya şəraitindədir. Bizim məhsul Gürcüstanda, Rusiyada 1.50 manat olanda öz ölkəmizdə 3.50 manata bizə təqdim edilir. Belə olan halda kəndliyə məhsulunu xaricə göndərmək yox, elə ölkədə satmaq sərf edir. Amma təbii olaraq monopoliya aradan qalxsa, kəndliyə sərbəstlik verilsə...".

Ekspert kəndlilərə kredit resursunun təqdim edilməli olduğunu bildirib:

"Hökumət ucuz kredit resursu da təqdim etməlidir ki, kəndli daimi istehsal etdiyi, qazanc götürə bilmədiyi məhsuldan imtina edib, yeni məhsul istehsal edə bilsin. Ümumiyyətlə indiki vəziyyətdə kəndlilərin Rusiya üçün pomidor yetişdirməsi normal deyil. Çünki Rusiyanın Azərbaycandan pomidor asılılığı yoxdur. Rusiya daha ucuz qiymətə Özbəkistan və digər ölkələrdən pomidor əldə edə bilir. Bizim kəndlilər də uzun illərdir, davam edən standarlartdan uzaq dursalar yaxşıdır". 
 
Əzizə Zeynal
Sfera.az
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bu şəxslərə 550 manat veriləcək

Faydalı qazıntı yataqlarının kəşfçilərinin mükafatlandırılması qaydası dəyişib. Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayı...

Rusiyadan Azərbaycana yeni qadağa - Bunları sərhəddən keçirmək mümkün olmayacaq

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümum...

Dövlət işi, yoxsa özəl sektor? – Hansında maaş daha yüksəkdir və niyə?

Azərbaycanda özəl sektorda olan əmək haqqı səviyyəsi dövlət sektoru ilə müqayisədə xeyli yüksəkdir.   Sfera.az rəsmi məlumatlara istinadən bildirir ...

Əhalinin ərzaq xərclərinin 15 faizi bu məhsulların alışına yönəlir – Hansılardır?

Azərbaycanda son 5 ildə mal qrupları üzrə ərzaq xərclərinin strukturunda müəyyən dəyişikliklər müşahidə edilir. Diqqəti çəkən əsas məqam ondan ibarətdir ki, ə...

Özəl uşaq bağçalarının sayı azalıb – Səbəb nədir?

Ötən il Azərbaycanda özəl məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb.   Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, 2019-cu ildə 156 olan ...

Azərbaycan nefti 3 %-ə yaxın bahalaşdı

Azərbaycanın dünya bazarına çıxardığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,17 ABŞ dolları, yaxud 2,9 % artıb. Sfera.az xəbər verir ki, "Azeri Light...