No Image
No Image

Nazir siqnal verdi: "Buna hazır olmalıyıq" - Azərbaycanın yaxın gələcək üçün planı nədir?

Nazir siqnal verdi:

"Hazırda dünyanın energetika sektorunda böyük, inqilabi dəyişikliklər baş verir. Bu dəyişikliklər ənənəvi enerji mənbələrindən bir qədər imtina edərək "yaşıl enerji”yə keçidlə bağlıdır”.

 

 

Bu açıqlamanı maliyyə naziri Samir Şərifov Milli Məclisin dünən keçirilən iclasında çıxışı zamanı verib. Nazir söyləyib ki, bərpa olunan enerji mənbələrindən istifadə edərək elektrik enerjisinin istehsalına, eyni zamanda avtonəqliyyat vasitələrində ənənəvi yanacaqla işləyən mühərriklərdən elektriklə işləyən mühərriklərə keçid prosesi müşahidə edilir.

 

 

S.Şərifov qeyd edib ki, bu dəyişiklik neft ixrac edən ölkələr üçün müəyyən təhdid yaradır:

 

 

"Müəyyən müddətdən sonra bu təhdidlərin rellaşması da istisna edilmir. Yeni çağırışlara Azərbaycan iqtisadiyyatı hazır olmalıdır. Bu məqsədlə hökumət tərəfindən müəyyən tədbirlər görülür”.


 

Sfera.az bildirir ki, enerji transformasiyası ilə bağlı Beynəlxalq Energetika Agentliyi də xəbərdarlıq edib. Agentlik hesabatında resurs ölkələri üçün həyəcan təbili çalıb. Qurumun proqnozuna görə, 2030-cu ilədək dünya iqtisadiyyatı 40% böyüyəcək, amma enerji istehlakı 7% azalacaq. Bu enerjiyə qənaət texnologiyalarının tətbiqi sayəsində mümkün olacaq.


 

Agentlik hesab edir ki, yeni neft yataqlarının işlənməsinə ehtiyac qalmayacaq, çünki neftə olan tələbat bir də heç vaxt 2019-cu ilin pikini aşmayacaq, bundan sonra hər il azalacaq. Bunun nəticəsində 2030-cu ilədək neftin qiyməti 35 dollar ətrafında qərarlaşacaq.


 

Bu gözləntilər Azərbaycan üçün hansı risklər yaradır? Təhdidləri minimuma endirmək üçün hansı tədbirlər görülməlidir?

 

 

Enerji sektorunda baş verən dəyişiklikləri Sfera.az saytına şərh edən iqtisadçı-ekspertNatiq Cəfərli dedi ki, baş verən texnoloji yeniliklər yaxın dövrdə neftin önəmini azaltmayacaq, ilk növbədə neftə olan tələbatın artmasının qarşısını alacaq.

 

Onun sözlərinə görə, neftə tələbdə azalmanı orta və uzunmüddətli dövrdə, yəni 10-15 ildən sonra müşahidə edəcəyik.

 

 

N.Cəfərli hesab edir ki, neftə tələbin azalmasının səbəbi yaxın gələcəkdə daxiliyanma mühərriki ilə təchiz edilən avtomobillərin istehsalının azalması, əvəzində elektriklə çalışan avtomobillərin istehsalının artması olacaq:


"Nəqliyyat vasitələrində daxiliyanma mühərriklərindən istifadə edilməsi benzin və dizel yanacağına tələbi kəskin artırıb. Hazırda neftə olan gündəlik tələb 96 milyon bareldir və tələbin yarısı avtonəqliyyat vasitələri üçün yanacağ istehsalına görə yaranır.

 

 

Texnoloji yeniliklər göstərir ki, nəinki minik avtomobillərində, hətta yük avtomobillərində, avtobuslarda, təyyarələrdə elekriklə işləyən mühərriklərin tətbiqi mümkündür və bu yeniliklər səmərə verir. Elektrik mühərriklərin tətbiqi bazarda neft bolluğu yaradacaq. Ona görə də bütün dünya postneft dövrünə hazırlaşır. Neftin ucuzlaşması ondan əldə edilən gəlirlərin azalmasına gətirib çıxaracaq. Azərbaycan da gəlirlərin azalması dövrünə hazırlaşmalıdır”.

 

 

N.Cəfərli düşünür ki, Azərbaycan təhdidlərdən yayınmaq üçün xam neft ixracından neft məhsullarının ixracına keçid etməlidir:

 

 

"Neft elə bir məhsuldur ki, ondan sadəcə yanacaq istehsal edilmir. Kosmetika istehsalında, dərman sənayesində, kimya sənayesində neftdən istifadə edilir. Azərbaycanın nefti keyfiyyətinə görə emal üçün ən uğurlu olanıdır.

 

Daha sürətlə neft emalı zavodunun tikintisini həyata keçirmək və ixracı neft məhsullarının üzərində qurmaq lazımdır. Benzin, dizel yanacağından imtina edib, neft məhsullarına keçid edilməlidir. Bunu İsrail çox yaxşı həyata keçirir.

 

İsrail Azərbaycandan ən çox neft alan ikinci ölkədir. İsrail neftdən elə məhsullar alır ki, onun 1 kiloqramını 500 dollara ixrac edir. Neftdən həddindən artıq bahalı məhsullar almaq mümkündür. Bunun üçün böyük investisiyalar və yeni texnologiyalar lazımdır”.

 

 

Vasif

Sfera.az

 

 

 

 

 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bu şəxslərə 550 manat veriləcək

Faydalı qazıntı yataqlarının kəşfçilərinin mükafatlandırılması qaydası dəyişib. Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayı...

Mərkəzi Bankın manat uğrunda dollar qadağası – “Amma bunu boynuna almır”

"Banklar qeyri-rəsmi söhbətlərdə dollar satışında limit məsələsinin Mərkəzi Bankın göstərişi olduğunu bildirsələr də, Mərkəzi Bank bu fikirləri təsdiqləmir və...

Qazın qiyməti nə qədər artırıldı? – SADƏ İZAH

Tarif Şurasının əhali istehlak qrupu üçün tarif tənzimləməsindən sonra daha çox istehlakçı qazı 20 qəpikdən alacaq.     Sfera.az qurumun qərar...

Anons verildi: elektrik enerjisi bahalaşacaq? – AÇIQLAMA

Asiya İnkişaf Bankının (AİB) proqnozuna görə, mövcud tariflər saxlanılarsa, qarşıdakı illərdə "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin əməliyyat zərəri artacaq.&nbs...

Maşın bazarında vəziyyət dəyişəcək: "Bu avtomobillərin sayı artacaq, ucuzlaşma isə...”

Bu il Azərbaycan avtomobil idxalını 32% artırıb. Belə ki, bu ilin yanvar-may aylarında ölkəyə 318 milyon ABŞ dolları dəyərində 31 220 ədəd müxtəlif təyinatlı av...

Nazir siqnal verdi: "Buna hazır olmalıyıq" - Azərbaycanın yaxın gələcək üçün planı nədir?

"Hazırda dünyanın energetika sektorunda böyük, inqilabi dəyişikliklər baş verir. Bu dəyişikliklər ənənəvi enerji mənbələrindən bir qədər imtina edərək "yaşıl ...