No Image
No Image

Payızda Azərbaycanda referendum keçiriləcək? - AÇIQLAMA

Payızda Azərbaycanda referendum keçiriləcək? - AÇIQLAMA
Milli Məclisin deputatı Tahir Kərimli payızda referendum məsələsinin müzakirəyə çıxarılacağını və burada proporsional seçki sisteminin bərpasının da gündəmə gətiriləcəyini deyib.
 
Deputatın sözlərini şərh edən ReAL-ın icra katibi Natiq Cəfərli Sfera.az-a açıqlamasında bildirdi ki, proporsional seçki sisteminin bərpası ölkədə yeni siyasi sistemin yaranmasına gətirib çıxara bilər.

N.Cəfərlinin sözlərinə görə, ölkənin gələcəyi proporsional seçki sisteminin bərpasını diktə edir: 

"İllərdir ki, proporsional seçki sisteminin bərpası məsələsi gündəmə gəlir. Proporsional seçki sisteminin bərpası ölkədə partiyaların institutlaşmasına, güclənməsinə, siyasi debatların keyfiyyətinin yüksəlməsinə, partiyaların ideoloji əsasda cəmiyyətdə kifayət qədər tərəfdar toplamasına, ümumiyyətlə, yeni siyasi sistemin yaranmasına mühüm töhfə verəcək”.  

Həmsöhbətimiz bildirdi ki, bununla da siyasi partiyaların güclənməsi yolunda dayanan əsas maneə və əngəllərdən biri qalxmış olacaq: 

"Bu cür seçki sistemində partiyaların inkişafı mümkün deyil. Bu vəziyyətdə partiyalarda institutlaşma baş vermədiyi, ideoloji ayrılıq olmadığından, Azərbaycanda az qala 60-a yaxın partiya var. Onun da 52-si qeydiyyatdan keçib. Amma bu partiyaların əksəriyyətinin fəaliyyəti, proqram sənədləri və tezislərilə bağlı ictimaiyyətdə ciddi məlumat yoxdur.  Proporsional seçkiyə keçid sözün yaxşı mənasında partiyaların ələnməsinə, güclü siyasi təşkilatların yaranmasına, institusional olaraq siyasi sistemin dayanıqlı olmasına yardım edəcək".

Rüfət SULTAN
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Paşinyan Zəngəzur dəhlizinin açılmasında əməli fəaliyyətə keçəcəkmi? - Açıqlama

"Rusiya bölgədə istədiyini əldə etməyincə, bu dəhlizin açılacağını düşünmürəm”. Bu sözləri Sfera.az-a açıqlamasında Nikol Paşinyanın rəsmi olaraq Ermən...

“Paşinyanın ilk bir ili bu işlərin görülməsinə sərf olunacaq” – Politoloq

Bu gün Ermənistanda 8-ci çağırış Milli Məclisin ilk iclası keçirilib. "Vətəndaş Müqaviləsi” partiyası tərəfindən namizədliyi irəli sürülmüş Nikol Paşinyan yen...

"Hansısa şizofrenin Azərbaycan barədə proqnoz verməsinin heç bir əhəmiyyəti yoxdur” - Deputatlardan Jirinovskiyə sərt SÖZLƏR

Rusiya Liberal-Demokrat Partiyasının sədri, Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin Azərbaycanla bağlı son çıxışı cəmiyyət tərəfindən birmənalı ...

Yeni güc mərkəzi – Gürcüstanı Azərbaycan və Türkiyəyə yaxınlaşdıran məqam

"Üç ölkə arasında təhlükəsizlik istiqamətində strateji sənəd imzalana bilər”. Bu sözləri Sfera.az-a açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğ...

Minsk qrupunun son bəyanatı nəyə xidmət edir? – ŞƏRH

Ötən gün ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb.   Bəyanatda bildirilib ki, həmsədrlə...

"Baş verən təxribatların arxasında kimin dayandığı bəllidir" - Politoloq bu ölkələrə işarə etdi

"Sərhəddə baş verən toqquşmalar və pozulan atəşkəs Rusiya, ABŞ və Fransanın marağındadır”.   Bunu Sfera.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib...