No Image
No Image

Peyvənd olunmayanların işləməsi qadağan ediləcək

Peyvənd olunmayanların işləməsi qadağan ediləcək
Rusiyada peyvənd olunmayanların işləməsinin qarşısını alacaq qanun üzərində işlənilir.
 
Sfera.az xəbər verir ki, bu haqda Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

O bildirib ki, qanun COVID-19 əleyhinə peyvənd olmayan Rusiya vətəndaşlarının işləməsinin qarşısını alacaq və bu insanların işləmək imkanları məhdudlaşdırılacaq.

D. Peskov bu ayrıseçkiliyin qaçılmaz olduğunu vurğulayaraq peyvəndlənməyən və immunitet sertifikatı olmayan şəxslərin heç bir yerdə işləmək imkanlarının olmayacağını qeyd edib. O, peyvənd dozalarını qəbul etməyən şəxslərin ətrafdakı digər insanlar üçün potensial təhlükə yaratdığını diqqətə çatdırıb.

Qeyd edək ki, son günlərdə koronavirusa yoluxma hallarının artımından sonra Rusiya daxilində, xüsusən də Moskvada yeni tədbirlər görülüb. Belə ki, uşaq əyləncə mərkəzləri, park ərazilərində uşaqlar üçün ayrılmış yerlər, ticarət mərkəzlərindəki qidalanma zonaları və bu qəbildən olan məkanlar bağlı olaraq qalacaq.

Əzizə Zeynal
Sfera.az 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bu ölkədə peyvənd olunmamış şəxslər işə buraxılmayacaq

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev parlament tərəfindən qəbul edilmiş və vaksin vurulmamış əməkdaşların işdən azad olunmasına icazə verən qanunu ...

“Taliban” Əfqanıstanda böyük şəhərləri ələ keçirdi: Laşkar Qax uğrunda döyüş gedir

ABŞ aviasiyasının  və Əfqanıstan hökumət qüvvələrinin davamlı hava zərbələrinə baxmayaraq, Laşkar Qax bütün gecə silahlıların güclü atəşi altında olub. ...

Azərbaycanlı yanğınsöndürənlərin bayraq sevgisi Türkiyə mediasında – Video

Muğlanın Marmaris ilçəsindəki Hisarönü məhəlləsində çalışan azərbaycanlı yanğınsöndürənlərin Türkiyə dövlət bayrağına qarşı göstərdikləri hörmət ölkə mediasında...

Bill Qeyts rəsmən boşandı

Məşhur "Microsoft” şirkətinin təsisçisi, dünyanın ən varlı şəxslərindən biri sayılan Bill Qeyts və həyat yoldaşı Melinda Qeyts rəsmən boşanıb. Sfera.az-ın...

Türkiyədə isti və küləkli hava yanğınları şiddətləndirdi – FOTO

Türkiyənin altı bölgəsində 13 meşə yanğını ilə mübarizə davam edir. Sfera.az xəbər verir ki, bu barədə ölkənin əkin və meşə təsərrüfatı naziri Bəkir Pakdə...

ABŞ 24 rusiyalı diplomata bir ay vaxt verdi

"Amerika Birləşmiş Ştatları Rusiya tərəfinə vizalarının müddəti bitdiyinə görə ölkəni sentyabrın 3 -nə qədər tərk etməli olan 24 diplomatın siyahısını təqdim ed...