No Image
No Image

Putinlə Baydenin Cenevrə görüşünə görə PUA-ların uçuşu dayandırıldı

Putinlə Baydenin Cenevrə görüşünə görə PUA-ların uçuşu dayandırıldı
Cenevrə rəhbərliyi tərəfindən Rusiya və ABŞ Prezidentləri Vladimir Putinlə Co Baydenin 16 iyun görüşündən əvvəl təhlükəsizlik tədbiri olaraq elan etdiyi pilotsuz uçuşlara qadağa bu gün qüvvəyə minib.

17 iyun saat 00:00-a qədər Cenevrə səmalarında dronların buraxılması qadağan olunacaq və iyunun 16-sı isə pilotlu təyyarələrin uçuşlarına da məhdudiyyət qoyulacaq.

Cenevrə hökumətinin qərarına əsasən, pilotsuz uçuş aparatlarının uçuşlarına qoyulan qadağa Cenevrə kantonunun bütün ərazilərinə şamil edilir.

Polis qadağaya əməl etməyən şəxslərdən cihazların müsadirə olunacağını açıqlayıb.

İsveçrə səlahiyyətliləri ABŞ-Rusiya sammiti ilə əlaqədar məhdudlaşdırıcı tədbirləri tədricən tətbiq etməyə başlayıblar. İyunun 8-dən etibarən zirvənin keçiriləcəyi La - Qranj ətrafında maşın saxlamaq qadağandır. Parkın girişi bağlıdır, ətraf əraziləri isə metal tikanlı məftillərlə əhatə olunub.

İyunun 15-dən etibarən təhlükəsizlik tədbirləri daha da gücləndiriləcək. Federal hökumətin qərarına görə, İsveçrə Hərbi Hava Qüvvələri hava polisi funksiyasını yerinə yetirəcək və Cenevrə üzərindəki səmalarda patrul aparacaq. Məhdudiyyətlər yerli vaxtla 15 iyun saat 08:00-dan 17 iyun 08:00-dək qüvvədə olacaq. // "TASS” 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bu ölkədə peyvənd olunmamış şəxslər işə buraxılmayacaq

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev parlament tərəfindən qəbul edilmiş və vaksin vurulmamış əməkdaşların işdən azad olunmasına icazə verən qanunu ...

“Taliban” Əfqanıstanda böyük şəhərləri ələ keçirdi: Laşkar Qax uğrunda döyüş gedir

ABŞ aviasiyasının  və Əfqanıstan hökumət qüvvələrinin davamlı hava zərbələrinə baxmayaraq, Laşkar Qax bütün gecə silahlıların güclü atəşi altında olub. ...

Azərbaycanlı yanğınsöndürənlərin bayraq sevgisi Türkiyə mediasında – Video

Muğlanın Marmaris ilçəsindəki Hisarönü məhəlləsində çalışan azərbaycanlı yanğınsöndürənlərin Türkiyə dövlət bayrağına qarşı göstərdikləri hörmət ölkə mediasında...

Bill Qeyts rəsmən boşandı

Məşhur "Microsoft” şirkətinin təsisçisi, dünyanın ən varlı şəxslərindən biri sayılan Bill Qeyts və həyat yoldaşı Melinda Qeyts rəsmən boşanıb. Sfera.az-ın...

Türkiyədə isti və küləkli hava yanğınları şiddətləndirdi – FOTO

Türkiyənin altı bölgəsində 13 meşə yanğını ilə mübarizə davam edir. Sfera.az xəbər verir ki, bu barədə ölkənin əkin və meşə təsərrüfatı naziri Bəkir Pakdə...

ABŞ 24 rusiyalı diplomata bir ay vaxt verdi

"Amerika Birləşmiş Ştatları Rusiya tərəfinə vizalarının müddəti bitdiyinə görə ölkəni sentyabrın 3 -nə qədər tərk etməli olan 24 diplomatın siyahısını təqdim ed...