No Image
No Image

Qəbirlərə tüpürən axund, məzarını ot basmış unudulmaz bəstəkar və... – Yasamal qəbiristanlığından REPORTAJ

Qəbirlərə tüpürən axund, məzarını ot basmış unudulmaz bəstəkar və... – Yasamal qəbiristanlığından REPORTAJ
"Ana rəhmindən gəldik bazara, bir kəfən aldıq döndük məzara!"
 
İslam filosofu və şairi Yunus Əmrə bu misrası ilə dünyadan gedişin yalnız bir kəfənlə olduğuna diqqət çəkib, insan övladının cahandan bundan başqa heç nə aparmayacağına işarə edib.

Lakin gəlin görək, dünyadan doğurdan da belə gedirikmi? Sözün əsl mənasında dünyadan köç etməyimiz bir kəfənlə başa gəlirmi?

Yunus Əmrə hazırkı dövrdə yaşasaydı yəqin ki, dünyadan köçməyin bu qədər asan olmadığı qənaətinə gələrdi. Söhbət ruhsuz cisimlər üçün çəkilən xərclərdən, qurulan məzar daşlarından, hətta heykəllərdən gedir...

Sfera.az əməkdaşları dünyamızı dəyişməyin neçəyə başa gəldiyini dəqiqləşdirmək məqsədilə Yasamal qəbiristanlığından, el arasında "Qurd Qapısı qəbiristanlığı" kimi tanınan məkandan reportaj hazırlayıb.
 
Gördüyümüz bir çox şeylər həm üzdü, həm də təəccübləndirdi...


 
Qəbiristanlıqda həmsöhbətimiz buranın axundu Əli Hüseynovdur. Səhər saat 09:00-dan qəbiristanlığa gəlib, axşam 18:00-dək vaxtını burada keçirən müsahibimiz demək olar ki, qəbiristanlıqda hər məzarı tanıyır. 30 ildir ki, məzarlığa gəlib-gedən axund deyir ki, elə məzar var ki, ta 1700-ci ilə aiddir.
 
Axund qəbirlərə niyə tüpürürdü?
 
Məzarların növbənöv olmasından, qoyulan baş daşlarından danışan Əli Hüseynov bütün bunların şəriətə zidd olduğunu da bildirdi:

"Şəriətdə baş daşı anlayışı var, sinə daşı anlayışı yoxdur. Ümumiyyətlə, qəbir anlayaşı hələ fironların dövrünə gedib çıxır və çox mənasızdır. Bir də görürsən, illər sonra kimsə əlinə pul düşür, ya maşınını satıb gəlir deyir ki, atamın qəbri mərmərdən olsun. Amma nə daş qəbir, nə də mərmərdən olan qəbir 30-40 ildən artıq qalır. Şəriət qanununda var ki, qəbirin yeri itsin.
 


 
Qəbirlərin üstünə şəkil vurmaq, ölüyə heykəl qoymaq hamısı bütpərəstlikdən irəli gəlir. O vaxt bir axund var idi, harada şəkilli qəbir görürdüsə, gəlib üstünə tüpürüb gedirdi. Deyirdi ki, şəriətdə belə anlayış yoxdur. Buyurulur ki, məzarın üstü 4 barmaq hündürlüyündə olmalıdır. Dövlət də bildirir ki, qəbir yerinin uzunluğu 2 metr, eni 1 metr, dərinliyi 1,4 metr olmalıdır. Amma ətrafda kim qəbir daşını necə istəyibsə, elə də qurub. Bir tək şəhidlərin qəbiri standart formada olur".

Axundun sözlərinə görə, rusların qəbirləri şəriət qanunlarına daha uyğun olur. Necə deyərlər, onlar bizim kimi "bər-bəzək" sevdasında olmurlar:
 

 
"Rus qəbirlərinin çoxu şəriət qanunlarına uyğun olur, onlar qəbirin üstünü götürmürlər. Çoxu məzarın üstünə bir dənə xaç qoyur, bu da olur qəbir. Onlar ölülərini bizimkilərdən fərqli olaraq tərsinə basdırırlar. Yəni, meyit müsəlmanlarda sağ çiyni üstündə, ayaqları günçıxan, başı günbatan tərəfə basdırılır. Lakin ruslarda bu məsələ tərsinədir".
 
"Adam var ki, qəbirin üstünün düzəldilməsi üçün 4 min manat pul xərcləyir"

Müsahibimiz Əli Hüseynov onu da bildirdi ki, məzar daşlarının qiyməti heç də ucuz başa gəlmir. Qiymətlər kasıb təbəqənin cibinə uyğun olmasa da hamı özünü bu xərcə girməyə məcbur sayır:

"Bir baş daşının hazırlanması 10-20 gün çəkir. Lakin o da ciddi nəzarət olarsa... Əks halda bir məzarın hazır olmasına hardasa 25 gün, bir ay kimi vaxt gedir. Məzarın üstünü normalda 400-500 manata daşdan hazırlayırlar. Lakin mərmərdən olan baş daşlarının, ümumi məzarın xərci 2000-2500 manata başa gəlir. Dediyim kimi, nə mərmər, nə də daş məzar 35-40 ildən çox normal halda qala bilmir, məzar dağılır. Bu qədər pulu məzara çəkməkdənsə, gedib hansısa kasıb adama kömək edərsən.
 
Məzarın üzərinə bəzən heykəl də qoyulur. Burda elə heykəllər var ki, 10 min manatdan çox qiyməti var. Ümumilikdə isə heykəllərin başa gəlməsi üçün azı 4 min manat lazımdır".
 

 
"Məzarın üstünə şirniyyat qoyub gedirlər, sonradan itlər hücum çəkir..."

Həmsöhbətimiz məzarların üzərinə yazılan şeirlərdən, uzun-uzadı yazılardan da gileyli olduğunu bildirdi. Ə.Hüseynov deyir yaxşı əməlləri olmayan adamı necə tərif edək?
 
"Bəzən ölünün yaxınları istəyir qəbirin üstündə şeirlər olsun. Qəbirə şeir nəyə lazım? Elə adam olur ki, baxırsan heç dünyadakı əməlləri bir iş deyil, durub deyirlər vəsf elə. Belə adamı necə vəsf edəsən? Şeirdənsə, məzarın yanında bir bulaq çəkdir, savab qazan.
 
Xüsusilə bayramlarda məzarın üstünə şirniyyat, başqa cür ərzaqlar qoyurlar. Guya, bununla da ölünü şad edəcəklər. Belə halın olması heç düzgün deyil. Bunu edən adam düşünmür ki, o məzarı tərk edəndən sonra qəbirə itlər hücum edəcək? O xərci çəkirsənsə, get bir kimsəsizi sevindir, ölünün yemək nəyinə lazımdır?".

Aristotelin dediyi kimi "Birinin məhvi, başqasının yaranması deməkdir". Bizim qəbirstanlıqlarda da vəziyyət hardasa bu cürdür. Belə ki, bizdə olan məlumatlara görə, artıq qəbiristanlıqda yer dolduğu üçün köhnə məzarlar dağıdılıb yerində yeniləri hazırlanır. Elə qəbiristanlığın axundu da dediyimizi təsdiq etdi. Ə.Hüseynov baxımsız məzarların 25-40 il sonra dağıdıldığını vurğuladı:

"İnsan basdırılandan 25-40 il keçəndən sonra həmin qəbirin yeri qazılır və başqa adam basdırılır. Qəbiristanlıqda yer almaq üçün bələdiyyəyə müraciət etmək lazımdır. Amma gördüyünüz kimi, daha boş yer də qalmayıb. Ona görə əvvəlcədən yer götürən adamlar, yəni, kimin yaxınının qəbirinin yanı boşdursa, əlavə yer ondan alınır başqasına verilir".
 
Qəbiristanlıqda çalışan şəxslərdən aldığımız məlumata görə, məzar yerlərinin qiyməti dəyişkən olur. Lakin Yasamal qəbistanlığında minimum qiymət 1700 manatdan başlayır və bu rəqəm 2000 manatda dayanır. Əgər kimsə əvvəlcədən qəbirstanlıqdan yer alıb yaxınını dəfn edirsə və əlavə yer qalırsa, həmin əlavə yer üçün də yeni məzar qazılanda 350-400 manat ödəmək lazım gəlir.
 
"Ermənilər qorxularından ölülərini rus adları ilə basdırır"





 
Qəbiristanlıqda gəzərkən müxtəlif millətlərin nümyəndələrinin qəbirlərini gördük. Rus, gürcü, türk, erməni... Bəli, burada erməni qəbirləri də var. Hərçənd, bəzi ermənilər öz xislətlərinə uyğun olaraq, bizdən zorakılıq gözlədiyindən ölülərini öz adları ilə basdırmağa qorxurlar, lakin bizim onlardan fərqli olaraq daş- divarla, ölü ilə işimiz yoxdur. Gördüyünüz kimi, fotoda da erməni qəbirinin üzərindəki gülə belə toxunulmayıb...

"Unudulmaz bəstəkarın unudulan qəbri..."



Məzarlıqda bizi üzən məqamlar arasında təkcə minlərlə cansız bədənlərin məzarlarına tanıqlıq etmək olmadı. Qəbirlərin içərisində 23 illik həyatı, 7 illik yaradıcılığı ilə Azərbaycan musiqisində iz buraxan bəstəkar Asəf Zeynallının məzarının vəziyyəti də bir xeyli təəccübləndirdi, üzdü...

Məzar demək olar ki, tamamilə baxımsız vəziyyətdə idi. Qəbirin ətrafını kol-kos basmış, qəbir daşı bir xeyli köhnəlmişdi. Unutdurmamaq üçün adına musiqi kolleci, küçə olan bəstəkarın, belə demək olarsa, məzarı hər kəs tərəfindən unudulub...

Bundan başqa, qəbiristanlıqda xalq artisti İsmayıl Hidayətzadənin, Azərbaycan Kommunist Partiyası MK-nın I katibi, general polkovnik Mircəfər Bağırov, Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanovun da məzarları yer alıb.
 




Sonda bu qənaətə gəldik ki, Bakıda öləsi olsaq, yaxınlarımız bizi dəfn etməyə yer tapmayacaq. Tapsalar da məzar yeri üçün azı 1700, məzar daşı üçün minimum 400 manat xərcləməlidirlər. Hə, birdən sür-sümüyümüzü əhatə edən daş-divarın baha olmasını istəsələr, onda gərək 4000-5000 manatlarından da keçsinlər...
 

Müxbir: Əzizə Zeynal
Foto: Səbuhi Elnur
Sfera.az
 





















 
 
 
 
 
 
 
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ermənistan atəşkəsi pozdu, Kəlbəcər yenidən atəşə tutuldu

Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub. Bu barədə Sfera.az-az Müdafiə Nazirliyindən məlumat verilib. İ...

Ermənilər Kəlbəcəri intensiv atəşə tutdu - RƏSMİ

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti dəfə təxribat törədib. Sfera.az xəbər ...

Şuşa bu gecə də atəşə tutuldu – Müdafiə Nazirliyi açıqlama yaydı

İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu barədə Sfera.az-a Müdafiə Nazirliy...

Hesablama Palatası “Azərbaycan” Nəşriyyatında yoxlamalara başladı – Nə baş verir?

Azərbaycan Respublikası Hesablama Palatası "Azərbaycan” Nəşriyyatında audit yoxlamasına start verib. Sfera.az-ın məlumatına görə, uzun illərdir, heç b...

“Karantin tədbirlərinə hazır olmalıyıq” – Adil Qeybulladan yeni qapanma anonsu

Dünyada ardıcıl 4 həftədir ki, COVİD-19-a yoluxma artır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.  ...

Tarif Şurasına yeni səlahiyyət verildi - FƏRMAN

Zəmanətli tariflər istisna olmaqla, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisi Tarif Şurası tərəfindən müəyyən edilən topdansatış qiymə...