No Image
No Image

"Rusiya ilə münasibətlərimizə xələl gətirməməliyik” - Deputat

"İndiki durumda Azərbaycanla digər dövlətlərin münasibətlərinin pisləşməsinə xidmət edən açıqlamaların verilməsi zərərlidir”.
 
Bunu Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. O bildirib ki, ölkə başçısı Rusiya ilə münasibətlərin yüksək səviyyədə inkişafını təmin etmək üçün lazımi addımlar atır:

"Rusiya ilə Azərbaycan arasında Gürcüstan və Ermənistandan fərqli olaraq, münasibətlər başqa müstəvidədir. 15 erməni diversatın qaytarılması müqabilində Ağdamın minalanmış ərazilərinin xəritəsinin qaytarılması ilə bağlı Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq da ciddi diplomatik uğurdur. Bu, uzun müddətdir aparılan danışıqların, fəaliyyətin nəticəsidir. Məsələnin "prosesdə Rusiyanın oyundankənar vəziyyətdə saxlanılması, Gürcüstan, ABŞ və Avropa İttifaqının iştirakı” kimi izahını tamamilə kənara qoyuram və düşünürəm ki, bu doğru yanaşma deyil. Azərbaycan bu gün Rusiya ilə bağlanmış bəyanatın şərtlərinə uyğun olaraq öz mövqeyini ortaya qoyur. Rusiyanı qıcıqlandırmadan addım-addım biz buna doğru gedirik”.

Müsahibimiz qeyd edib ki, bu gün Rusiyanı heç Amerika da qıcıqlandıra bilmir:

"Dünyanın bir nömrəli fövqəl dövləti, böyük iqtisadi, siyasi, hərbi gücə malik olan Amerika da Rusiya ilə ehtiyatla davranır. Biz belə bir durumda Rusiyaya qarşı sərt mövqe nümayiş etdirib nə qazanacağıq? Ona görə bu cür yanaşmaların mən Azərbaycanın milli və dövlət maraqlarına ziyan gətirəcəyi düşüncəsindəyəm. Biz Rusiya ilə münasibətlərimizə xələl gətirmədən digər dövlətlərlə də işimizi yüksək səviyyədə qurmalıyıq. Azərbaycanın xarici siyasəti azərbaycanyönlü siyasətdir. Nə rusiyayönlüdür, nə qərbyönlü, nə də amerikapərəstdir”.

Günay Rəsulqızı
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Rusiyadakı diaspor təşkilatlarımız Jirinovskiyə niyə etiraz etmədi? - Açıqlama

"Belə acınacaqlı vəziyyət Rusiyadakı diaspor təşkilatlarımız arasında vahid kordinasiya və ümumi istiqamətin olmamasından qaynaqlanır”. Bu sözləri Sfera...

“Paşinyan Moskvanın əsəbləri ilə oynadı, ona çətin olacaq” - Politoloq

"Paşinyana əvvəlki illərdən çətin olacaq”. Sfera.az bildirir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.   Polito...

Paşinyan Zəngəzur dəhlizinin açılmasında əməli fəaliyyətə keçəcəkmi? - Açıqlama

"Rusiya bölgədə istədiyini əldə etməyincə, bu dəhlizin açılacağını düşünmürəm”. Bu sözləri Sfera.az-a açıqlamasında Nikol Paşinyanın rəsmi olaraq Ermən...

“Növbəti seçkilərdə AKP-nin məğlubiyyəti qaçılmazdır” – Meşə yanğınları siyasətə də təsirsiz ötüşməyib

Bir neçə gündür, Türkiyədə meşə yanğınları davam edir. Rəsmi məlumata görə, bütövlükdə 6 gündə 32 bögədə 137 yanğın ocağı nəzarət altına alınıb.   ...

Bu gün Milli Məclisin növbədənkənar sessiyası başlayır

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçiriləcək. Sfera.az-ın xəbərinə görə, toplantıda "Milli Məclisin deputatı Eldəniz Adi...

Azərbaycanda referendum keçiriləcək?

"Azərbaycanda referendumun keçirilməsi və parlamentin buraxılması məsələsi gündəmdə yoxdur". Sfera.az xəbər verir ki, bu barədə "Report"a hökumətdəki mənb...