No Image
No Image

İş adamının sərxoş vəziyyətdə qəza törədən kürəkəni həbs edildi

İş adamının sərxoş vəziyyətdə qəza törədən kürəkəni həbs edildi
Novxanı-Sumqayıt yolunda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, hadisə zamanı "Range Rover” markalı avtomobilin sahibi və sürücüsü Elşad Kərbalayev həbs edilib.

Qeyd edilib ki, qəzan zamanı E.Kərbalayev sərxoş vəziyyətdə olub.

Xatırladaq ki, iyunun 14-ü gecə saat 01 radələrində Novxanı bağlar sahəsində E.Kərbalayevin idarə etdiyi "Range Rover” markalı avtomobillə Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi "Daeewo” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində "Daeewo” markalı avtomobilin sürücüsü M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb.

Qeyd edək ki, E.Kərbalayev "Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Sabah Bakıda 39 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hid...

“Deputat bu hərəkəti ilə dövlətin nüfuzuna zərbə vurub” - Baş prokuror

"Deputatların səlahiyyətləri var. Deputat məlum hadisədə səlahiyyətlərini aşıb. Ona görə də ona vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi açılıb”. ...

Milli Məclisin növbədənkənar sessiyası başa çatdı

 Milli Məclisin növbədənkənar sessiyası işini yekunlaşdırıb. Sfera.az-ın xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən növbəd...

Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verildi - RƏSMİ

Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib. Sfera.az-ın məlumatına görə, qərar parlamentdə səsverməyə çıxarılaraq qəbul ed...

Kamran Əliyev: "Eldəniz Səlimovun hərəkətləri Milli Məclisin nüfuzuna xələl gətirmir"

"Eldəniz Səlimovun hərəkətləri Milli Məclisin nüfuzuna qətiyyən xələl gətirmir. Hesab edirəm ki, gələcəkdə belə bir hallar olmayacaq”. Sfera.az-ın xəbərin...

"Eldəniz Səlimov polisə deyib ki, fəxr elə səni deputat döyüb"

 "Milli Məclisin üzvü öz səlahiyyətini aşıb”. Sferaq.az-ın xəbərinə görə, bunu Milli Məclisin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı...