No Image
No Image

Son illərin ən yüksək bahalaşma dalğası gəlir

Son illərin ən yüksək bahalaşma dalğası gəlir
Azərbaycanda bu il ümumi qiymət artımının 2017-ci ildən sonra ən yüksək səviyyəyə çatacağı gözlənilir. 

Sfera.az xatırladır ki, 2017-ci ildə qiymətlərin artımı 12,9 faizə yüksəldikdən sonra növbəti ilərdə azalaraq 2-3 faiz intervalında qeydə alınıb. İnflyasiya 2018-ci ildə 2,3 faiz, 2019-cu ildə 2,6 faiz, 2020-ci ildə 2,8 faiz olmuşdu. 

2021-ci ilin ilk 4 ayının nəticələrinə əsasən, bahalaşma səviyyəsi 4 faizə çatıb. Apreldə qeydə alınan qiymət artımı isə əvvəlki ilin eyni ayına nisbətən 4,3 faiz olub. 

Dinamika göstərir ki, 2021-ci ilin ikinci yarısında bahalaşma sürəti bir qədər də güclənəcək. Bunu şərtləndirən bir sıra amillər var. 

Birinci əsas amil dünyada əmtəə qiymətlərinin yüksəlməsidir. 2021-ci ilin iyunun 4-nə olan məlumata əsasən, illik müqayisədə düyü istisna olmaqla bütün əmtəələr bahalaşıb. Bahalaşma sürəti əksər əmtəələrdə 20-30 faizi ötür. Bu dərəcədə yüksək bahalaşmada pandemiya ilə əlaqədar istehsalın azalması və son aylarda qlobal tələbin güclənməsi mühüm rol oynayıb. Eyni zamanda neftin dəyərinin son bir ildə 70 faiz yüksəlməsi də bütün əmtəələrin maya dəyərinin artmasına səbəb olub. 

Daha çox bahalaşma ərzaq mallarında müşahidə edilir. Ərzaq mallarındakı mövcud qiymət səviyyəsi son 10 ilin ən yüksək səviyyəsidir. 

Azərbaycan ərzaq və qeyri-ərzaq mallarının təxminən 38 faizini idxal edir. Bu, yüksək göstəricidir. Ölkəmizə idxalın həcmi böyük olduğundan xaricdə baş verən qiymət artımları idxal yolu ilə sürətlə Azərbaycana da daxil olur. 

Ölkəmizdə bahalaşmanın sürətlənməsini şərtləndirən digər mühüm amil daxili tələbin güclənməsidir. Bu il karantin tədbirlərinin yumşalması müşahidə edilir. Xarici turizm sektoru və toy biznesi istisna olmaqla bütün biznes sahələrində məhdudiyyətlər aradan qaldırılıb. Məhdudiyyətlərin azaldılması iqtisadi fəallığı artırdığından iqtisadiyyatın gəliri yüksəlir və nəticədə ticarət əməliyyatlarının, pullu xidmətlərin dövriyyəsi böyüyür. Daha çox pul xərclənməsi bahalaşmanı dəstəkləyir ki, bunu da gündəlik həyatda və statistik məlumatlarda görürük. 

Daxili tələb 2021-ci ilin ikinci yarısında bir qədər də güclənəcək. Bankların kredit qoyuluşunu artırması, dövlət büdcəsindən xərcləmələrin iyul ayından sonra artması, həmçinin karantinin bir qədər də yumşaldılması tələbin güclənməsində mühüm rol oynayacaq. 

Beləliklə, xarici və daxili amillərin təhlili göstərir ki, 2021-ci ildə bahalaşma səviyyəsi əvvəlki illərdən yüksək olacaq. Bu il ümumi qiymət artımının 5 faizə çatması mümkün görünür. 

Vasif
Sfera.az


Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bu şəxslərə 550 manat veriləcək

Faydalı qazıntı yataqlarının kəşfçilərinin mükafatlandırılması qaydası dəyişib. Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayı...

Mərkəzi Bankın manat uğrunda dollar qadağası – “Amma bunu boynuna almır”

"Banklar qeyri-rəsmi söhbətlərdə dollar satışında limit məsələsinin Mərkəzi Bankın göstərişi olduğunu bildirsələr də, Mərkəzi Bank bu fikirləri təsdiqləmir və...

Qazın qiyməti nə qədər artırıldı? – SADƏ İZAH

Tarif Şurasının əhali istehlak qrupu üçün tarif tənzimləməsindən sonra daha çox istehlakçı qazı 20 qəpikdən alacaq.     Sfera.az qurumun qərar...

Anons verildi: elektrik enerjisi bahalaşacaq? – AÇIQLAMA

Asiya İnkişaf Bankının (AİB) proqnozuna görə, mövcud tariflər saxlanılarsa, qarşıdakı illərdə "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin əməliyyat zərəri artacaq.&nbs...

Maşın bazarında vəziyyət dəyişəcək: "Bu avtomobillərin sayı artacaq, ucuzlaşma isə...”

Bu il Azərbaycan avtomobil idxalını 32% artırıb. Belə ki, bu ilin yanvar-may aylarında ölkəyə 318 milyon ABŞ dolları dəyərində 31 220 ədəd müxtəlif təyinatlı av...

Nazir siqnal verdi: "Buna hazır olmalıyıq" - Azərbaycanın yaxın gələcək üçün planı nədir?

"Hazırda dünyanın energetika sektorunda böyük, inqilabi dəyişikliklər baş verir. Bu dəyişikliklər ənənəvi enerji mənbələrindən bir qədər imtina edərək "yaşıl ...