No Image
No Image

Türkiyə-İsrail münasibətləri yeni mərhələyə keçir - “Yeni hökumət Fələstinlə sülh şərtlərinə..."

Türkiyə-İsrail münasibətləri yeni mərhələyə keçir - “Yeni hökumət Fələstinlə sülh şərtlərinə...
İsraildə 12 ildir davam edən baş nazir Binyamin Netanyahu dövrü bitdi. İsrailin yeni baş naziri Naftali Bennet and içdi və koalisiya hökuməti formalaşdırıldı. Bennet koalisiyası Netanyahu əleyhinə birləşən, fərqli görüşlərə malik olan 8 partiyadan ibarətdir. Bu isə özlüyündə yeni siyasi xəttin formalaşmasına işarə ola bilər.

Bəs, İsraildəki yeni koalisiyanın Türkiyə ilə bağlı siyasi mövqeyi necədir? İki ölkə arasında münasibətlər tənzimlənəcək, yoxsa vəziyyət daha da mürəkkəbləşəcək?

Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Məhəmməd Əsədullazadə İsrail-Türkiyə münasibətlərinin nizama düşəcəyini bildirib:

"İsraildə Benyamin Netanyahunun dövründə məlum olduğu kimi radikal siyasət həyata keçirilib, Türkiyə ilə əlaqələrə ciddi şəkildə zərbə vurulub. Ümumiyyətlə, İsrailin milltarist siyasəti İsrail-Fələstin kontekstində Türkiyə ilə əlaqələrin pozulmasına gətirib çıxarıb. Düşünürəm ki, bundan sonra Türkiyə-İsrail münasibətləri yeni mərhələyə keçəcək. İndiki İsrail hökuməti sağçı ifrat deyil və onlar Türkiyə ilə əlaqələrin yaxşılaşması üçün çalışacaqlar. Bu, həmçinin İsrail-Fələstin  münasibətlərindən asılı olacaq. Yəni nə qədər ki, İsrail Fələstinlə sülh şərtlərinə uyğun münasibət quracaq, Türkiyə ilə münasibətlər də bir o qədər irəliləyəcək. İsrailin indiki hökuməti əvvəlkindən zəif olsa da əvvəlki hökumətdən fərqli olaraq sabitlik olacaq, Fələstinlə müharibə ehtimalı azalacaq".

Əzizə Zeynal
Sfera.az   

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Paşinyan Zəngəzur dəhlizinin açılmasında əməli fəaliyyətə keçəcəkmi? - Açıqlama

"Rusiya bölgədə istədiyini əldə etməyincə, bu dəhlizin açılacağını düşünmürəm”. Bu sözləri Sfera.az-a açıqlamasında Nikol Paşinyanın rəsmi olaraq Ermən...

“Paşinyanın ilk bir ili bu işlərin görülməsinə sərf olunacaq” – Politoloq

Bu gün Ermənistanda 8-ci çağırış Milli Məclisin ilk iclası keçirilib. "Vətəndaş Müqaviləsi” partiyası tərəfindən namizədliyi irəli sürülmüş Nikol Paşinyan yen...

"Hansısa şizofrenin Azərbaycan barədə proqnoz verməsinin heç bir əhəmiyyəti yoxdur” - Deputatlardan Jirinovskiyə sərt SÖZLƏR

Rusiya Liberal-Demokrat Partiyasının sədri, Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin Azərbaycanla bağlı son çıxışı cəmiyyət tərəfindən birmənalı ...

Yeni güc mərkəzi – Gürcüstanı Azərbaycan və Türkiyəyə yaxınlaşdıran məqam

"Üç ölkə arasında təhlükəsizlik istiqamətində strateji sənəd imzalana bilər”. Bu sözləri Sfera.az-a açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğ...

Minsk qrupunun son bəyanatı nəyə xidmət edir? – ŞƏRH

Ötən gün ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb.   Bəyanatda bildirilib ki, həmsədrlə...

"Baş verən təxribatların arxasında kimin dayandığı bəllidir" - Politoloq bu ölkələrə işarə etdi

"Sərhəddə baş verən toqquşmalar və pozulan atəşkəs Rusiya, ABŞ və Fransanın marağındadır”.   Bunu Sfera.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib...