No Image
No Image

Vaksinasiyadan sonra yoluxan şəxslər müalicə almalıdır? - "Müayinədən sonra..."

Vaksinasiyadan sonra yoluxan şəxslər müalicə almalıdır? -
Məlum olduğu kimi, koronavirus əleyhinə vaksin olunmuş şəxslərin yenidən bu virusa yoluxa biləcəyi təsdiqlənib. Amma peyvənd olunan əksər insanlarda bu xəstəlik ya hiss olunmur, ya da orta-ağır keçir.

Bəs, görəsən, vaksin olunub yoluxan şəxslər koronavirusa yoluxarkən hansı halda müalicə almalıdır? Ümumiyyətlə, peyvənd olunduğu halda yoluxan şəxsin müalicəyə ehtiyacı varmı?

Mövzu ilə bağlı Sfera.az-a danışan radioloq, həkim Aydın Əliyev vaksin olunmuş şəxslərin yalnız müayinədən sonra müalicə ala biləcəyini bildirib. Həkim bəzi hallarda heç bir dərmana gərək olmadığını qeyd edib:
 
"Koronavirusa yoluxub xəstəliyi orta-ağır keçirən şəxslər var. Əgər şəxs vaksin olunduqdan sonra koronavirusa yoluxarsa oksigenin saturasiyası 95-dən yuxarı olsa və tempratur yüksək olmazsa, heç bir müalicə almamalıdır. Yox, əgər oksigenin saturasiyası 95-dən aşağıdırsa bu zaman virus yoluxan insan xəstəxanaya getməli və ona oksigen dəstəyi verilməlidir.
 
Ümumiyyətlə peyvənd olunduqdan sonra kim özündə virusun əlamətlərini hiss etsə həkimə müraciət etməlidir. Yalnız həkim müayinəsindən sonra müalicə barədə qərar vermək olar. Koronavirusa yoluxan peyvənd olunan şəxslər də 14 gün müddətinə özlərinə ətraf mühitdən təcrid etməlidir. Onu da deyim ki, yoluxmuş şəxs xəstəliyi ağır keçirmirsə, bu zaman adi qrip və soyuqdəymədə həyata keçirilən müalicə üsullarından istifadə etmək və ya sadəcə, 14 günün yekunlaşmasını gözləmək olar". 
 
Əzizə Zeynal
Sfera.az
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Koronavirusun "super növü" yarana bilər: Bu baş verərsə, hər 3 nəfərdən 1-i öləcək

İngiltərənin Fövqəladə Hallar üzrə Elmi Məsləhət Qrupu koronavirusun yeni növləri ilə bağlı hesabat dərc edib.   Sfera.az bildirir ki, hesabatda COVİD-19...

Koronavirusdan sağalanlar necə qidalanmalıdır? - Mütəxəssislərin cavabı

Rasion, koronavirusa qalib gələn insanlar üçün çox böyük əhəmiyyət kəsb edir. COVID-19-dan sonra sağalan xəstələr üçün, koronavirusu nə dərəcədə ağır keçirdiklə...

“Delta ştammının yaratdığı xəstəlik əvvəlkilərdən daha tez sağalır” - Tanınmış həkimdən AÇIQLAMA

"Delta ştammının yaratdığı xəstəlik əvvəlki ştammlardan daha tez sağalır”.   Bunu Sfera.az-a açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin sədr m...

TƏBİB-də yoxlamalar aparılır - RƏSMİ

Hesablama Palatasının Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB)  yoxlamalara başladığına dair məlumatlar yayılıb.   Hesablama Palatasının...

COVID-19 pasportunu yoxlayan tətbiq hazırlandı - Bu tarixdən istifadəyə veriləcək

Elektron Hökumətin İnkişafı Mərkəzi COVID-19 pasportlarının yoxlanılması üçün xüsusi mobil tətbiq hazırlayıb. Sfera.az xəbər verir ki, mərkəzin direktoru ...

Enerji içkiləri ilə bağlı əhaliyə ÇAĞIRIŞ

Qida Təhlükəsizliyi Agentliyi son zamanlar cəmiyyətdə, xüsusən idmançılar arasında daha çox istifadə edilən enerji içkiləri ilə bağlı açıqlama yayıb. Sfer...