No Image
No Image

Vətən müharibəsi şəhidlərinin xatirəsi əbədiləşdirilib - FOTO

Vətən müharibəsi şəhidlərinin xatirəsi əbədiləşdirilib - FOTO
İsmayıllı rayonunda "Vətən müharibəsi şəhidləri” adlı kitabın təqdimat mərasimi keçirilib.

Sfera.az-ın məlumatına görə, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, kitabın müəllifi əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani, Qarabağ müharibəsi iştirakçıları, qazilər və şəhid ailələri iştirak edib. Təqdimat Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə pandemiya qaydalarına uyğun təşkil olunub.


Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Sonra kitabın müəllifi Abdulla Qurbani şəhid ailələrini, qaziləri və digər tədbir iştirakçılarını salamlayıb. O bildirib ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yaxından köməyi ilə hazırlanmış xatirə kitablarının dəsti yeddi cilddən ibarət olacaq. 800 səhifəlik birinci kitabda Prezident İlham Əliyev tərəfindən "Zəfər günü”nün təsis edilməsi, bu sahədə görülən işlərlə bağlı sərəncamlar, həmçinin müharibə iştirakçıları və şəhid ailələri ilə görüşlərdə verdiyi tövsiyələr və dəyərli fikirlər öz əksini tapıb.


Rayon İcra Hakimiyyətinin başçısı öz çıxışında bildirib ki, şəhid ailələrinin, müharibə iştirakçılarının və qazilərin problemlərinin həlli, həmçinin sosial təminatının gücləndirilməsi dövlətin daim diqqət mərkəzindədir.

 

Tədbirdə şəhidlərin ailə üzvləri xatirələrini bölüşüb və kitabın hazırlanmasında, işıq üzü görməsində zəhməti olan hər kəsə minnətdarlıq ediblər.

Sonda şəhid ailələrinə "Vətən müharibəsi şəhidləri” kitabı hədiyyə olunub və xatirə şəkli çəkilib.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Prezident növbəti “ASAN xidmət”in açılışında iştirak etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 saylı Bakı "ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. Sfera.az xəbər verir ki, Prezident yanın...

Amaliya Pənahovanın barelyefi qoyuldu - FOTO

Avqustun 2-də görkəmli teatr və kino xadimi, Xalq artisti, Dövlət mükafatı laureatı Amaliya Pənahovanın (1945-2018) Bakı şəhərində yaşadığı binanın (Fikrət Əmir...

FHN-in növbəti qrupu Türkiyəyə çatdı - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə ərazisində baş vermiş meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan...

"Görün siz hansı əxlaqın sahibləri ilə parlament kreslolarını bölüşürsüz" - Jurnalistdən deputatlara çağırış

"Cibində 5 manata aldığı jurnalist vəsiqəsi gəzdirən hansısa qotur bir nalayiq hərəkət edəndə, deputat korpusu az qala bütün medianı hədəfə alır. Hətta jurnalis...

Parlament sədrləri Şuşada - FOTOLAR

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Pakistanın Milli Assambleyasının sədri Əsəd Qeysər və rəhbərl...

ABŞ qubernatoru Zəngilanda “Ağıllı kənd” layihəsilə tanış oldu - FOTOLAR

ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stittin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş Zəngilan rayonuna səfər edib. Kənd Təsərrüfatı Na...